19 may 2021 16:29
1700

Təbii yağların müalicəvi təsiri

Günəş və ya doğum sonrası yaranan dəri ləkələri xanımların gözəlliyini pozan amillərdir. Dəri ləkələrinizdən və yaxud üzünüzdə yaranan digər problemlərdən xilas olmaq istəyirsinizsə, onda mütləq bu yağlardan istifadə edin.

Zeytun yağı

Həm dəri, həm də saç baxımında  tez-tez rastlaşdığımız zeytun yağı xüsusən də müxtəlif maddələrlə qarışdırıldıqda bir çox problemlə mübarizə apara bilər. Zeytun yağını limon və bal ilə qarışdıraraq yarana biləcək qırışların qarşısını ala bilər, bununla yanaşı, qaya duzu ilə qarışdıraraq qollarınızdakı və ayaqlarınızdakı ölü dərini çıxara bilərsiniz.

Küncüt yağı

Küncüt yağı dərinin yaşlanmasının qarşısını almaq və mütəmadi nəm saxlamaq üçün istifadə edilə bilər. Dəridə kollageni artıran susam yağı, baş dərisindəki quruluq və kəpək problemlərinə də qarşı təsirlidir.

Avokado yağı

Qurumuş, zədələnmiş və elastikliyini itirmiş dərinin dərmanı olan avokado yağı yaşlanma əlamətlərinə qarşı çox təsirli vasitədir. Vitaminlərlə zəngin olan avokado quru dərilərə yaxşı təsir edir. Belə ki, avokado yağı təbii bir antiaging (yaşlanma əleyhinə) kimi tanınır. Bu xüsusiyyəti ilə dərinin nəfəs almasına kömək edir və hüceyrələrin yenilənməsini sürətləndirir. Beləliklə, yaşlanmanın qırış və sallanma kimi mənfi təsirlərini gecikdirir.

Rozmarin yağı

Hətta yeməklərimizdə istifadə etdiyimiz  rozmarin yağı dərinin  təmizlənməsini təmin etməkdə də çox təsirlidir. Zeytun yağı ilə qarışdırılaraq yavaş masaj hərəkətləri tədbiq edəcəyiniz rozmarin yağını ,sızanaq probleminə qarşı alma sirkəsi ilə qarışdıraraq istifadə edə bilərsiniz. Ancaq allergik bir reaksiya olub olmadığını müəyyən etmək üçün kiçik bir nahiyədə sınaq keçirmək vacibdir.

Jojoba yağı

Dəriyə qulluq və kosmetika sahəsində adını ən çox eşitdiyimiz yağlardan biri də jojobadır. Həm quru, həm də yağlı dərilər üçün istifadə edilə bilən və hər iki dəri növü üçün müalicəvi əhəmiyyəti olan jojoba yağı da qarın və ayaqlarda çatlaqların qarşısını alır.

Limon qabığı yağı

Dərinizə möhkəmlik və elastiklik  verməsi üçün limon qabığı yağını mütləq sınamalısınız. Limon qabığı yağı, sızanaqları müalicə etmək üçün də tövsiyə olunur, o, dərini təmizləyir və yaşlanma izlərini əhəmiyyətli dərəcədə azaldır.

Samirə Tağıyeva, "İki sahil"