19 may 2021 16:52
1174

Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub

Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub.

"İki sahil" trend-ə istinadən bildirir ki, bu barədə Avropa Kosmik Agentliyi bildirib.

Qeyd olunub ki, A76 aysberqinin sahəsi təxminən 4 320 kvadrat kilometr təşkil edir. Buz dağının uzunluğu 170 kilometr, eni 25 kilometrə bərabərdir.

Aysberq hazırda Ueddell dənizində hərəkət edir.

İndiyədək qeydə alınmış ən böyük aysberqin sahəsi 3 880 kvadrat kilometr idi.