19 may 2021 18:39
1102

Meksikada arka formalı qeyri-adi butik otel

Meksikada Puerto Eskondido şəhəri yaxınlığında tanınmış arxitektor Alberto Kalaçunun layihəsi əsasında qədim inşaat texnikalarından istifadə edərək yeni butik otel açılıb.

"İki sahil" xarici saytlara istinadla xəbər verir ki, bu, həm də qeyri-adi otellərdə qalmağı sevən turistlər üçün cəlbedici bir məkan olacaq.

Arka formasında tikilmiş 10 obyektdən ibarət Casona Sforza oteli, əslində, bir sıra üstünlüklərə malikdir. Estetik görünüşdən başqa, onlar seysmik davamlılığa malik olmaqla, havanın sirkulyasiyasını yaxşılaşdırır.

Burada, həmçinin mətbəx, restoran, dəniz suyuna malik açıq baseyn də fəaliyyət göstərir. Bütün meyvə və tərəvəzlər, eləcə də kənd təsərrüfatı məhsulları yaxınlıqdakı fermalardan gətirilir.