Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda özəl bir məktəbin divarından 50 kiloqram bal çıxarılıb.
“İki sahil” xəbər verir ki, bal arıların oyduğu divardan bal arıçıları və xüsusi xilasetmə qrupları tərəfindən götürülüb. Şenlikköy məhəlləsindəki Florya küçəsində yerləşən özəl bir məktəbin işçiləri məktəbdə və məktəbin bağında çoxlu arı olduğundan şübhələnərək peşəkar arıçılardan kömək istəyiblər.
Məktəbə gələn arıçılar arıların son mərtəbədəki divarı oyduğunu müəyyən ediblər. Sonra onlar arı pətəklərini axtarmağa başlayıblar. Uğursuz olduqda, yanğınsöndürmə xidmətinə xəbər veriblər. Yanğınsöndürənlər arıçıları nərdivan vasitəsi ilə pətəklərin olduğu yerə qaldırıblar. Arıçılar çəkic ilə divarı uçuraraq arıların olduğu yerə körük tüstüsü verərək və ana arını tapıblar.
Ana və bala arıları ayrı-ayrı pətəklərə qoyub qoruma altında saxlayan arıçılar məktəb divarından 50 kiloqrama yaxın bal çıxarıblar. Bal məktəb işçilərinə təhvil verilib.
Arıçı Cem Ersever “məktəb rəhbərliyi bizə xəbər verdi. Bağda bir arı var idi. Şagirdlərə zərər verməməsi üçün arıların götürülməsini xahiş etmişdi. Beləliklə, gəldik və 50 kilodan çox bal götürdük. Ana arılarını və körpə arıları bal pətəklərinə apardıq. Arıları 5 kilometr məsafədə bir yerə yerləşdirəcəyik” deyib.
Vüsal Cahanov, “İki sahil”