Erkən qocalmanın bir səbəbini də alimlər orqanizmdə K vitamininin çatışmazlığında olduğunu açıqlayıb.
"İki sahil" bildirir ki, rusiyalı həkim İnna Piçuqina K vitamininin ağ qan hüceyrələrinin yaranmasında iştirak etdiyini bildirib.
Sümüklərin, birləşdirici toxumaların və damarların vəziyyəti bu vitamindən asılıdır. Bədəndə interleykinlər çatışmadıqda insan sürətlə və tez qocalır.
İnterleykinlərin hasili üçün də K vitamini lazımdır. K vitamini ilə yaşıl yarpaqlı tərəvəzlər və bütün göyərtilər zəngindir.