Bir çox insanın qəribəliyi var, lakin siyasətçilər daim mətbuatın, kameraların və cəmiyyətin maraq dairəsində olurlar. Məhz buna görə dünya liderlərinin özünəməxsus xüsusiyyətləri tez-tez müzakirəyə səbəb olur. Dünya liderləri və məşhur siyasətçilərin qəribə vərdişləri haqqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Ronald Reyqan
Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan atroloqiyaya o qədər çox inanırdı ki, hətta öz andiçmə mərasiminin təşkili məsələlərini də ulduz falı ilə uyğunlaşdırmışdı. Reyqanın əmri ilə onun andiçmə mərasimi məhz bu səbəbdən səhər 5-ə təyin edilmişdi. Qeyd etmək lazımdır ki, belə prezident Amerikanın tarixində yeganə idi.
Reyqanın hər günü şəxsi münəccimi tərəfindən müxtəlif işarələrlə qeyd olunurdu və katiblər prezidentin işlərini planlaşdırarkən nədən başlayacaqlarını bilirdilər. Həmin işarələrin rənglər belə idi: yaşıl (görüşlər üçün əlverişli gün), qırmızı (görüşlər üçün arzuolunmaz bir gün), sarı (ziyarətlər və sənədlərin imzalanması üçün əlverişlidir).
Reyqanın bütün səyahətləri belə pilot və ya meteoroloqlarla deyil, əsasən astroloqlarla əlaqələndirilirdi. Demək olar ki, Prezidentin astroloqlarla görüşü yalnız gecə baş verirdi. 1990-cı ilin martında astroloq məşhur Joan Quigley nəşr etdiyi kitabında Nansi və Ronald Reyqan ilə şəxsi astroloq kimi yeddi illik iş birliyindən bəhs etmişdi.
Teodor Ruzvelt
ABŞ-ın 25-ci prezidenti Teodor Ruzveltdə astrologiya ilə maraqlanırdı. Siyasətçi tez-tez bürcünə aid müxtəlif şəkilləri "Ağ Evdə"ki ofisinin divarına asırdı.
Fransua Mitterrand
Fransa prezidenti Fransua Mitterrand, beş il ərzində daxili və xarici siyasət mövzusunda görkəmli astroloq Elizabet Tezislə məsləhətləşdi. Yeri gəlmişkən, Elizabet Mitterranın ona etibar etdiyi üçün kadr siyasətinin qəbul edilməsində iştirak etmişdi.
Hillari Klinton
Bir çox media nümayəndələrinin sözlərinə görə, Hillari Klintonun uzun il ərzində striptiz ilə məşğul olduğunu iddia edirdilər. Deyilənlərə görə, o hələ də bu qəribə vərdişindən əl çəkə bilmir. Mərhum Eleanor Rusveltlə aralarında olan danışıqlar mətbuat işçilərinin əlinə keçdikdən sonra, Hillari Klintonun bu qəribə vərdişi artıq bütün dünyaya məlum oldu.
Muammər Qəddafi
Liviya Prezidenti Muəmmar Qəddafinin də qəribə bir hobbisi var idi. Siyasətçi özünə cangüdən seçərkən bu vəzifəyə yalnız bakirə qızları və ya lesbiyan qadınları seçirdi. Onun fikrincə,yalnız bu tip qadınlar şəxsi mənfəət barədə düşünmədən özlərini tamamilə işə həsr edirlər.
Qəddafi, həmçinin xaricdəki səfərlərində olarkən, təhlükəsizlik səbəbiylə özü ilə şəxsi çadırlarını aparırdı.Hətta 2008-ci ildə Moskvada səfərdə olarkən onun çadırı Kremlin ərazisində qoyulmuşdu.
Hugo Çavez
Venesuelanın mərhum prezidenti Hugo Chavez daim gecikməsi ilə məşhur idi. Siyasətçinin digər qəribə vərdişi isə koka yarpaqlarından davamlı istifadə etməsi idi. Hugo onları enerji mənbəyi kimi çox sevirdi.
Çavez, həmçinin Milad bayramında hədiyyə vermək ənənəsinə mənfi münasibət bəsləyirdi. Hugo Çaves Milad bayramı ərəfəzində vətəndaşlar öz uşaqlarına Simon Bolivar haqqında danışmağı tövsiyə edirdi.
Alexander Lukaşenko
Belarusiya Prezidenti də özünün qəribəliyi ilə fərqlənirdi. Lukaşenko doğum tarixini dəyişdirən siyasətçilər sırasındadır. Əslində, Lukaşenko 30 Avqust 1954-cü ildə anadan olub, lakin 2009-cu ildə ad gününü kiçik oğlu ilə eyni gündə qeyd etmək üçün doğum gününü həmin günə keçirməyə qərar verdi.
Kim Çen İl
Şimali Koreya lideri sadəcə film istehsalı ilə dərindən maraqlanırdı. Onun xəyalı beynəlxalq film festivallarında iştirak etmək idi. Heç bir şey Şimali Koreya liderini öz xəyallarından çəkindirmədi. Bir xəyalı gerçəkləşdirmək üçün Kim Çen İl Cənubi Koreyalı aktrisa Choi Yun Hee və əri, rejissor Shin Sang Okun oğurlanmasını əmr etdi. Cütlük zorla qaçırıldı və bir-birinin ardıca müxtəlif filmlər çəkməyə məcbur edildilər.
Kim, həmçinin bir yemək xəstəsidir.
Jak Şirak
Fransanın keçmiş prezidenti sumo güləşini çox sevirdi. Ən sevimli məşğuliyyəti isə Eliseevski sarayında bir stəkan Meksika pivəsi içərkən, matçlara baxmaq idi.
Con Ki
Yeni Zelandiyanın keçmiş Baş naziri 2015-ci ildə həmvətənlərini çox təəcübləndirdi. Mətbuatda yayılan şəkillərdə siyasətçi kafedə nahar edərkən ofisiant qızların hörüklərindən dartırdı. Siyasətçinin sözlərinə görə, bu sadəcə tanışlar arasında bir oyun idi. Lakin qeyd edək ki, bu hadisə onun siyasi karyerasında ilk deyildi.
Angela Merkel
Almaniya Federativ Respublikasının Kansleri həmişə Alman pedantlığı və qənaətcilliyi ilə məşhur olmuşdur. Kansler, 35 il ərzində qida və evə aid kimyəvi maddələri yığmaq ilə məşğul idi.
Narendra Modi
Hindistanın keçmiş Baş naziri yaşıdlarından çox seçilirdi. Onun əsas hobbisi dəbli geyimlərdir. Onun digər hobbisi isə siyasi liderlər ilə şəkil çəkdirmək idi. Bu şəkillərin əksəriyyətini onun "Twitter" hesabında tapmaq mümkündür.
Boris Yeltsin
Rusiyanın ilk prezidenti Boris Yeltsin hamıya qaşıqda oynamaq bacarığını göstərməyi sevirdi. 1992-ci ildə Qırğızıstana səfəri zamanı Qırğızıstan prezidenti Askar Akayev üçün qaşıqlarda oynadı.
Samirə Tağıyeva, "İki sahil"