25 may 2021 16:33
1108

Borclar haqqında maraqlı faktar

Qədim Hindistanın əyalətlərinin birində maraqlı bir qanun tərtib ediblər. Bu qanuna görə, borcunu vaxtında ödəməyən insan kreditor tərəfindən döyülə bilərdi. Həmçinin kreditor ona borclu olan insanın evinə girərək , şəxsi əşyalarını götürə bilərdi.

Qədim Yunanıstanda kreditorlardan borc götürən insanın torpağında xüsusi lövhə qoyulurdu və  ən maraqlısı odur ki, bu lövhə adını “hypotheke” (ipoteka) qoymuşdular. Qədim Yunanıstanda tərtib olunan qanuna görə, borcunu vaxtında ödəməyən insanın torpaqları kreditorun adına keçirdi.

Qədim Rusiyada kəndlilərə borclarını xatırlatmaq üçün taxta çubuq verilirdi. Alınan borcun miqdarına görə (məsələn, 4 və beş kisə un)  möhkəm bir çubuq seçilirdi və onun üzərində borcun miqdarını qeyd edirdilər. Sonra bu çubuq yarıya bölünürdü, bir hissəsi borcu verən insanın evində qalırdı , digər hissəsi isə borclu olan insana verirdilər . Rusiyada tətbiq olunan qədim bir qanuna görə, borcunu vaxtında qaytarmayan insanı meydana aparıb işgəncə verərək qamçılayırdılar və beləliklə, digər insanları qorxudurdular.

Məşhur siyasətçi Uinston Çerçilin sözlərinə görə, bir dövlətin reputasiyası və onun siyasi gücünü borc götürə bildiyi məbləğ müəyyən edir.

Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.Həmçinin qədim Romada borcunu 60 gün ərzində ödəməyən insanı bütün əmlakından məhrum edə bilərdilər.

XVI əsrdə İngiltərədə də maraqlı qanun mövcud idi. Borcalan vaxtında borcunu ödəmədikdə həbs edilməli idi. Lakin həmin şəxsi öz evində olduğu müddətdə həbs etmək qadağan idi. Beləliklə, borc alan şəxs evindən çıxmayaraq həbsdən canını xilas edə bilirdi.

1827-ci ildə Əlcəzair rəhbəri ödənilməyən borclarla bağlı qızğın mübahisə zamanı Fransa səfirinin üzünə milçəköldürənlə zərbə endirir. Bu, Fransanın 3 ildən sonra Əlcəzairi işğal etməsinə və 100 ildən artıq işğal altında qalmasına səbəb oldu.

Yazıçı Aleksandr Düma çox səxavətli bir insan idi və bu səbəbdən o daim  kreditorlara borclu idi. Aleksandr Dümanın sevdiyi bir söz vardı: “ Heç vaxt məndən borc istəyən birinə yox deməmişəm".

Hindistanda “kvakuql” qəbiləsində yaşayan insanların qeyri-adi bir adəti var. Onlarda borc alan bir şəxs girov olaraq  öz adını qoyur və o borcu qaytarana qədər insanlar onu adı ilə deyil, müxtəlif səslər və jestlər ilə çağırırlar.

Borc alan və vaxtında onları qaytarmayan insanlar haqqında İtaliya şairi Dante “İlahi komediya” əsərini yazmışdı və burada bu insanları dəqiqliklə təsvir edərək, onlar üçün cəhənnəmdə xüsüsi bir yer ayırmışdı.

Samirə Tağıyeva, "İki sahil"