25 may 2021 16:35
1185

İstixana qazları atmosferin vacib qatlarını məhv etməkdədir

Beynəlxalq tədqiqatçılar qrupu istixana qazlarının Yerin atmosfer qatında əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu sübut edib. Bunun üçün onlar peyk müşahidələri əsasında kompyuter modeli hazırlayıblar.

Tədqiqat nəticələri “Enviromental Research Letters” jurnalında dərc edilib.

Stratosfer atmosferin Yerdən 11-50 kilometr yüksəklikdəki bir təbəqəsidir. Troposferin birbaşa üstündə yerləşir, elm adamlarının əvvəllər müəyyən etdikləri kimi, onu dolduran istixana qazları sayəsində qalınlaşır, troposferin istiləşməsinə səbəb olur.

Xatırladaq ki, istixana qazları əsasən su buxarı, karbon qazı, metan və ozondur. Alimlər Yer atmosferində əsas istixana qazlarının konsentrasiyasının sürətlə artmasını insan fəaliyyəti ilə əlaqələndirirlər: fosil yanacaqların yandırılması, biokütlənin (meşələrin) azalması, sənaye və kənd təsərrüfatı tullantıları.

Hazırlanmış model, troposferin genişlənərək stratosferi aşağıdan itələdiyi fərziyyəsini təsdiqlədi. Alimlər karbon dioksidin Yer səthində soyuducu agent rolunu oynadığı və stratosferə nüfuz etdiyini də aşkar etdilər.

Hesablamalara görə, 1980-ci ildən bəri stratosfer 400 metr nazikləşib. Tədqiqatçılar bildirirlər ki, istixana qazları bu həcmdə atmosferə daxil olmağa davam edərsə, növbəti 60 il ərzində startosfer qatı daha 1 kilometr nazikləşə bilər.

Nubar Süleymanova, “İki sahil”