Hər bir zaman diqqət mərkəzində olub, təravətli qalmaq istəyirsinizsə onda mütləq aşağıda göstərilən məqamlara diqqət yetirin:
Üzünüzü soyuq su ilə yuyun
Üzü soyuq suyla yumaq canlanmasını təmin edir. Yorğunluq əlamətlərindən də soyuq su sayəsində xilas ola bilərsiniz.
Yuxunuza fikir verin
Kifayət qədər yatmaq çox əhəmiyyətlidir. Yorğunluq insanın üzünün çökməsinə, gözlərinin solğun görünməsinə şərait yaradan problemdir. Buna görə də yuxunuzu almağa diqqət edin.
Nəmləndiricidən mütləq istifadə edin
Dərinizi nəmləndirməyi əsla unutmayın. Pilinq, köpük kimi məhsullar istifadə edərək təmizlədiyiniz dərinizi mütləq nəmləndirin. Bu zaman dəriniz elastikliyini itirməyəcək və canlı görünəcək.
Bol su için
Su içmədiyiniz təqdirdə bədəninizin su-duz tarazlığında pozulma meydana gəlir. Bol su içmək həyatınız üçün əhəmiyyətlidir.
Günəşdən uzaq durun
Günəşdən qorunmaq dərinin gənc görünməsi üçün çox əhəmiyyətlidir. Ən az "15 SPF"li günəş kremi sizə uyğun olacaq.
Qaşlarınızı səliqəli saxlayın
Makiyaj etməyə gərək qalmaması üçün qaşlarınıza diqqət göstərməyiniz lazımdır. Qaşlar üzünüzün damı kimidir. Onların pozulmuş olması gözlərinizə, gözləriniz isə dərinizin və dodaqlarınızın görünüşünə təsir edər. Qaşlarınızı davamlı nizamlı saxlamağa diqqət edin.
Samirə Tağıyeva, "İki sahil"