27 may 2021 16:27
1588

Təbii diş məcunu necə hazırlanır? - FOTO

Dükanlarda  mövcud olan əksər diş məcunları tanış olmadığımız birləşmələri əhatə edə bilər. Bu dişlərə və diş ətlərinə zərər verə bilər. Ancaq narahat olmayın! Evdə öz təbii diş məcunuzu hazırlaya bilərsiniz. Üstəlik bu diş məcunu dişləri aşınmadan da ağarda bilər.

“İki sahil” xəbər verir ki, dükanlarda  satılan diş məcunlarının əksəriyyətində zərərli maddələr var. Bu vəziyyət həm dişlərinizə, həm də bədən sağlamlığınıza son dərəcə zərərli ola bilər. Bu diş məcunlarında aspartam adlı şirin dadlandırıcı  da var. 

İndi sizə sadə və ucuz qatqılarla  öz diş məcununu  necə hazırlaya biləcəyinizi izah edəcəyik. Üstəlik bu diş məcunu da dişlərinizi ağardacaq. Evdə hazırlanan diş məcunları dükanlarda olanlara  nisbətən daha az aşındırıcıdır və beləliklə diş ətlərinə zərər vermir. Bu  diş məcunu  üçün ehtiyacınız olan ən vacib maddə aktivləşdirilmiş kömürdür. Aktiv kömür dişlərdəki çay və qəhvə ləkələrini təmizləyir və daha ağ dişlərinizin olmasına  imkan verir. 

Evdə hazırlanan diş məcununa  ehtiyacınız olan digər bir vacib qatqı yumurta qabığının tozudur. Yəqin ki, yumurta qabığının zəngin bir kalsium mənbəyi olduğunu eşitmisiniz.

Ehtiyacınız olan son vacib qatqı isə hind qozu yağıdır. Hind qozu  yağı ağız və diş gigiyenasının qorunmasına kömək edir və ağız qoxusunun, diş çürüməsinin, boşluqların və diş ətinin iltihabının qarşısını almaqda vacib rol oynayır. Ağızdakı zərərli bakteriyalardan diş həssaslığını da azaldır.

Qatqının hazırlanması üçün yarım çay qaşığı aktivləşdirilmiş kömür, 1 xörək qaşığı  yumurta qabığı tozu, 1 xörək  qaşığı  ərinmiş hind qozu yağı lazımdır.

Aktivləşdirilmiş kömürü bir qaba qoyun və üzərinə yumurta qabığı tozu əlavə edin. Sonra 1 xörək qaşığı əridilmiş hind qozu  yağı əlavə edin.

Qatqıları metal olmayan bir qaşıqla dükandan aldığınız diş məcununa bənzər bir formaya qədər qarışdırın. Sonra hava keçirməyən bir qaba qoyun. Bununla da qatqı hazır olacaq.

Vüsal Cahanov, “İki sahil”