27 may 2021 18:17
1565

Dünyanın ən böyük oteli

Çinin Sanya şəhərində nəhəng ağaclar şəklində bir otel kompleksi var.

"İki sahil" xarici saytlara istinadla xəbər verir ki, “Beauty Crown Hotel Tower” oteli Lego kərpicindən yığılmış nəhəng ağaclara bənzəyən 9 göydələndən ibarət kompleksdir.

Hündürlüyü 100 metrdən çox olan və 6668 otaqlı binanın sahəsi 500 min kvadratmetrdir.

Bu görünüşü sayəsində “Sanya Beauty Crown Hotel Tower” dünyanın ən böyük oteli hesab olunur. Onun tikintisində ekoloji təmiz materiallardan istifadə edilib.