28 may 2021 03:11
1159

NASA-dan paylaşım: “Hey İstanbul, parıldayırsan!” - FOTO

ABŞ-ın NASA agentliyi özünün "Instagram" hesabından Türkiyə ilə bağlı paylaşım edib.

"İki sahil" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Fotoya "Hey, İstanbul, parıldayırsan! Bosfor boğazı və Qızıl Buynuzun (Haliç - red.) iki yerə ayrıldığı şəhərin gecə işıqlarına baxın" şərhi yazılıb. Kadrların cari ilin mayın 21-də çəkildiyi vurğulanıb.

Paylaşım 1,8 milyondan artıq bəyənilib.