28 may 2021 13:22
1251

Gənc ixtiraçımız Yaponiya dərsliyində - FOTO

Reyhan Camalovanı artıq kiçikdən böyüyə hərkəs tanıyır. O, 2017-ci ildə qurulan Reynerci (Rainergy) startapının təsisçisidir. Dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsi  dünyada böyük maraq yaradıb.

Belə ki, yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb. Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə ölkəmizi  təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və  keçmiş dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib.

Gənc ixtiraçımız haqda məqalə Yaponiyanın VIII sinif İngils dili (New Horizon)  dərsliyində   nəşr olunub. Kitabda  mövzulara görə, tanınmış simiları və onların nailiyyətlərini görə bilərsiniz.  Məhz belə bir dərslikdə Reyhan Camalovanı  və ölkəmizin adını görmək bizim üçün çox qürurvericidir.  Reyhan və onun ixtirası haqda məlumata  kitabın ixtiralar məzmunlu bölməsində rast gələ bilərsiniz.  Kitabda Reyhan Camalovanın  Azerbaycanın 15 yaşlı məktəbli olması və  yağışdan enerji istehsal  edən qurğunun yaradıcısı olması və qurğunun 50 saniyədə  22 led lampanı işıqlandırdığı , hər qurğunun yalnız 7 litr yağış suyu tutumunun  olması öz əksini tapıb. Həmçinin kitabda Reyhanın müsahibə zamanı ixtirası haqda dediyi fikirlər də qeyd olunub. Reyhan bu qurğunu yağışın tez –tez yağdığı ölkələrdəki  kasıb insanlara kömək məqsədi ilə  ixtira etdiyini,  qurğuların bahalı olmadığını və elektrik naqillərinə ehtiyacın olmadığını da qeyd edib.

Leyla Şıxəli Bayramlı  “İki sahil”