31 may 2021 13:41
3777

Qeyri-adi robotlar - FOTO

Dövrümüzdə robotlar adi hala çevrilib-tozsoranlar, kassirlər, kuryerlər və s. Lakin bu siyahıdan kənara çıxan çox təəccüb yaradan robotlar da var: musiqiçilər, bağbanlar, at çapanlar və s.

Bir neçə gün bundan əvvəl belə bir xəbər yayıldı ki, “Boston Dynamics” şirkətinə məxsus robot it Nyu York küçələrində polis kimi xidmət göstərəcək. Aşağıda digər qeyri-adi robotlarla da tanış ola bilərsiniz:

 Seks-robot

Hələ 2001-ci ildə Avstraliyadan olan mühəndislər seks- robotlar istehsal etməyə başladılar. Amerikalı mühəndislər isə onlardan standart olmayan texnologiyada istifadə etməyi qərara aldılar. Hazırda dünyada robotların intim xidmət göstərdikləri 200-dən çox müəssisə məlumdur.

Seks-kuklaları xüsusi materialdan hazırlanır, onların üzəri cərrahiyyədə istifadə olunan silikon dəri ilə örtülür. Bu materialdan onun süni porşenlə yaradılmış “ürək döyüntülərini” hiss etmək olur.

MAARS hərbi robotu

Fantastik apokalipsis filmlərində gördüyümüz robotlar 21-ci əsrdə artıq nadir deyil. 2018-ci ildə MAARS robotu Amerika Silahlı Qüvvələrinə daxil edildi. Maşının vəzifələri kritik təhlükə dərəcəsi olan ərazilərdən keçmək və rəqiblərin qüvvələrini "təmizləmək" dir. Bu robotlar tez-tez quru minalarını təmizləmək üçün də istifadə olunur.

Robot sürücüsü

Bu qeyri-adi robotlar yarışlarda dəvələrə rəhbərlik etmək üçün istifadə olunur. Robotlar həqiqi dəvə sarvanlarını əvəz etdi, çünki zəngin insanlar dəvələrini yarışlara qatmaq istəyirlər, lakin yüksək statuslu insanların yarışlara qatılması qadağandır.

Z-machines

Yaradıcı robotlar da mövcuddur, məsələn, “Z-machines” qrupu. Bu qrup tamamilə robotlardan təşkil olunub. Qısa zaman içərisində populyarlıq qazanan qrupun ilk qastrol konserti 2013-cü ildə Tokioda təşkil edilmişdi. Bu futuristik qrup 2 robotdan ibarətdir: gitaraçı Maks, barabançı Aşura və sintezatorçu Kosmos.

Hello Mip robotu

 Bu robot 2015-ci ildən çıxıb. Sahibinə kömək edə, əşyaları gətirib-apara bilir. Əl və ya smartfon vasitəsilə idarə olunur.

Tosi

Bu, görünüşcə bir qədər qorxunc robot sadəcə tennis oynamaq üçün yaradılıb. Tosi bir dəfəyə 10 zərbə vura bilir.

Rəqs robotları

Yaponiyada mühəndislik düşüncəsinin fərqli ecazkarlıqlarını həqiqətən çox sevirlər. Orada son 10 ilin ən populyar robotlarından biri Maykl Ceksonun hərəkətlərini təqlid edən rəqs robotlarıdır. Bu gülməli kiçik robotlar rəqslə yanaşı  hekayələr danışa, müxtəlif hərəkətləri təqlid edə və oyun oynaya bilərlər.

Robot aktrisa

“Geminoid F” və R3 adlı robotlar real artistlərlə birlikdə səhnəyə çıxdı. Robotların incəsənətə gətirilməsinə Xirosi İsiquro adlı mühəndis ilk dəfə təşəbbüs göstərib.

Google-mobil

Bu maşının elə bir görününşü var ki, sanki içində insandan həqiqətən bir şey gizlədilib. Avtomobilin qəribə xüsusiyyətləri var: əyləc yoxdur, sükan yoxdur, güzgü yoxdur. Bu avtomobil özü hara gedəcəyinə qərar verir.

Bütövlükdə avtomobildə iki oturacaq, marşrut xəttini göstərən ekran və iki düymə var.

Rapiro robotu

Bu kiçik yapon robotu yeni Facebook və Twitter bildirişləri haqqında məlumat vermək üçün hazırlanmışdır. E-poçtunuzu da yoxlaya bilər və evdə olmadığınız zaman - mənzildə keşik çəkəcək və şəkili smartfonunuza yollayacaqdır.

Robot NAO

Bu yaraşıqlı robot üzləri, nitqi və hətta mətni tanıya bilir və NAO ilə digər robotların əsas fərqi onun öyrənmək bacarığıdır. NAO öz səhvlərindən dərs ala bilər, həmçinin dünya haqqında məlumat toplamaq, onun üzərində işləmək və fərqli vəziyyətlərdə münasibət bildirmək bacarığına malikdir.

 Bu robotun insane xüsusiyyətləri də var. Kədərlənəndə çiyinlərini çəkə, qucaqlaşmaq üçün əllərini aça bilir. Onu hətta qorxutmaq da olur.

Kabutom RX-03

Hitosi Takaxasi adlı yapon mühəndis 11 il ərzində işləyərək mexaniki böcək yaradıb. 17 ton çəkiyə malik bu möcüzəvi robot kosmik aparat görünüşünü xatırladır. Bu kosmo-böcək 6 nəfərədək insan daşıya bilir.

Wall-Ye Bağban robot

Bu bağban robot, robotlar haqqında cizgi filminin personajı Vallinin əsasında hazırlanıb. Bu köməkçi robot bağban bağa nəzarət edə və məhsulu toplaya bilir.

SAR-401

Bu robot rusların istehsalıdır, uçuşlar üçün nəzərdə tutulub.

AYLA robotu

Bu qadın-robot DFKI alman mərkəzində yaradılıb. AYLA sensor barmaqlarla təchiz edilib. AYLA hərəkətləri təkrarlaya, toxuna və hər həmsöhbəti ilə ünsiyyət qura bilir.

Əkiz robot

Yaponiyalı aktyor Ken Maçudayrın özünün əkiz robotu var. Bu robot xüsusi olaraq Yaponiyanın KDDI reklam şirkətinin çəkilişləri üçün yaradılıb.

Nubar Süleymanova, “İki sahil”