Türkiyənin Trabzon şəhərinin Tonya rayonunda ac qalan ayılar, endikləri yaşayış yerlərində yayla evlərinə, arı pətəklərinə və mal-qaraya zərər verir və qorxulu anlara səbəb olurlar.
“İki sahil” xəbər verir ki, Şərqi Qara dəniz bölgəsində aparılan araşdırmalar nəticəsində, saylarının əvvəlki illərə nisbətən artdığı təyin olunan ayılar, endikləri yaşayış məntəqələrində insanlara həyacanlı anlar yaşadırlar. Narahatçılığı artan yerli sakinlər, ayıların kəndlərə enməsinin qarşısını almaq üçün kəsilmiş heyvanların yeyilməyən hissələrini meşə ərazilərinə müxtəlif yerlərə qoyurlar. Bu müddət ərzində ayılar yaşayış yerlərində görünmürlər.
Bu işi hər 10 gündən bir təkrar edirik
Trabzon Böyükşəhər Bələdiyyə vəkili və Erikbeli yaylası sakinlərindən biri Atilla Ataman qış yuxusundan ayılan ayıların bu il yayla evlərinə çox ziyan vurduğunu ifadə edib. “Ayılar yemək tapmaq üçün yalnız qapı və pəncərələrə deyil, evdəki bir çox əşyalara, xüsusən də ağ əşyalara ziyan vururlar. Gördüm ki, həll yolu onları ac buraxmamaqdır. Qəssab işləyən bir dostumuzdan xahiş etdik və o, bizə yeyilməyən ətlər gətirdi. Bu ətləri meşədəki uyğun ərazilərə paylamağa başladıq. Bu işi hər 10 gündə bir təkrar edirik. Hər gəldiyimiz zaman tərk etdiyimiz yerdə ət olmur. Beləliklə, ayılar və vəhşi heyvanlar onları yeyir. Son aylarda yerli insanlardan ayıların evlərə hücum etdiyini eşitmədik. Demək ki, gördüyümüz iş nəticə verib ”deyə bildirib.
Tox ayılar öz yerlərində qalırlar
Yerli sakinlərindən biri Ercan Çetin ayıların oyanma dövründə tez-tez yaşayış yerlərinə enərək zərər verdiyini deyib: “Ayılar evimizə qədər gəlib, pəncərələri sındırıb yemək axtarırlar. Bir çox insanın heyvanlarına hücum edilir və zərər verilir. Biz də meşəyə ayıların və bir çox vəhşi heyvanın yeyə biləcəyi yeməkləri qoyaraq evlərə girməsinin və yaşayış sahələrinə enməsinin qarşısını almağa çalışırıq. Bu mövzuda da uğurlu olduğumuza inanırıq. Doyan ayılar da bölgələrində qalırlar.”
Vüsal Cahanov, “İki sahil”