İkinci mərtəbənin eyvanından eşidilən səslərdən sonra küçədəki bir şəxs kamerasını hadisə yerinə çevirib.
“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın məşhur Sankt-Peterburq şəhərində eyvanda mübahisə edən cütlüyün görüntülərini yoldan keçən biri təfindən təsadüfən çəkilib. Sankt-Peterburqda şənbə günü səhər saat 10.00-da dostları ilə tarixi küçələri lentə alan Denis adlı bir şəxs çəkdiyi videonun dünya mediasında xəbər olacağını bilmirdi.
Cütlüyün eyvanda bir-biri ilə mübahisə etdiyini görən Denis kamerasını ikinci mərtəbəyə çevirib. Eyvanda 35 yaşındakı Olga Volkova və Yevgeni Karlagin olub. Yevgeny Karlagini silkələyən Olga Volkova barmaqlıqlara söykənəndə eyvanı əhatə edən barmaqlıq birdən qırılıb. Cütlük bir-birinin ardınca yerə çırpılıb. Küçədəki nəqliyyat vasitələrinin siqnal səslərindən sonra məhəllədəki insanlar dərhal polis çağırıb və cütlük dərhal xəstəxanaya aparılıb. Cütlük əməliyyat olunarkən ayaqlarının qırılmasından başqa həyati təhlükələrinin olmadığı bildirilib. Yerli mətbuat davanın səbəbinin bilinmədiyini yazıb. Cütlüyün düşdüyü eyvanla bağlı istintaq başladıldığı və qırılan barmaqlıqların araşdırılacağı da qeyd edlib.
Vüsal Cahanov, “İki sahil”