Ekzotik yerlərin sahiblərinin adları, yəqin ki, bəzi insanlara məlumdur. Məşhur insanlara məxsus həmin adaları sizlərə təqdim edirik.
"Blackador Cay" adası (Beliz)- Leonardo DiCaprio
Ada almaq fikri Leonardo DiCaprionun ağlına təsadüfən gəlməyib.Əslində uzun illər ərzində aktyor planetimizin çirklənməsinə qarşı mübarizəsi ilə tanınır. Hətta "Oskar" mükafatını aldığı zaman, o bu mövzuda çıxış etmişdi. Bu səbəbdən məşhur, dünyanın ən azından bir hissəsini xilas etmək üçün məhz bu torpaq sahəsini seçdi. Demək olar ki, bu ada Karib dənizinin çox mənzərəli bir ərazisidir. Ada" Belize Bariyer Reef"inin yaxınlığında yerləşir. 2004-cü ildə DiCaprio tətildə olarkən məşhur dəbli "Cayo Espanto" kurortunda dincəlirdi və bir dəfə qayıq səfəri zamanı "Blackdor Cay" adasının yanından keçərkən buranı almaq qərarına gəlib.
Təbiəti qoruyan aktyor adanı eko-kurort kimi inkişaf etdirmək niyyətindədir. Artıq bir neçə dizaynerlə məsləhətləşən DiCaprio adada enerji mənbələri üzərində tam fəaliyyət göstərməyən və eyni zamanda,Fibonaççinin "müqəddəs həndəsəsi" qaydalarına tam uyğun olaraq inşa edilən bir neçə villa tikməyi planlaşdırır. Tikilən evlər, həmçinin ideal proporsialara uyğun tikiləcək. Bundan əlavə, adada bir spa və bu sahədə olduqca məşhur olan mütəxəssis Dr.Dipak Chopranın cavanlaşma mərkəzi inşa ediləcək.
"Little Halls Pond Cay"( Bahamalar)- Conni Depp
"Little Halls Pond Cay" adası Bahamalarda yerləşir və çox saylı xurma meşələri və möhtəşəm çimərlikləri ilə tanınmaqdadır. Məşhur "Karib Dənizləri Quldurları" filminin çəkilişində filmin baş rolunda çəkilən Conni Depp bu adaya, sanki aşiq olur. Məşhur romantik adanı almaq qərarına gəlir. Onun dediklərinə görə, bu adanı sevdi qadının və qızının şərəfinə alıb. Həmin adanın sahibi olmaq üçün Conni Depp tam 3,6 milyon dollar ödəyib. 18 hektar olan tropik adaya Conni ailə üzvlərinin adları ilə adlandırıb.
Yunanıstanın "Strongili" əyaləti-Conni Depp
Karib dənizindəki adanın sahibi Conni Depp də Egey dənizindəki "Oniki" adadakı arxipelaqdan bir parça əldə etmək qərarına gəldi. Aktyor bu mülkünü ziyarət etmədən razılaşma yolu ilə 4.2 milyon avroya aldı. Deyilənlərə görə, "Yumru" kimi tərcümə olunan bu adada yunan nimfaları və digər tanrılar yaşayır. Görünür Conni Depp bu miflərinə çox inanır.
"İl Ganyon" adası ( Kanada)- Selin Dion
Bəzən fanatlarından birazda olsa, dincəlmək istəyən məşhur müğənni Selin Dion bir ada almaq fikrinə gəlir. Cəmiyyətdən çox uzaq olmamaq üçün müğənni " Quebec " əyalətindəki "Riviere -de- Mil-İl"nin tam mərkəzində torpaq alır. Burada yerləşən "İl Ganyon" adlı adanı o, təxminən 29,7 milyon dollara əldə edir. Bu qiymətə, həmçinin 2001-ci ildə təxminən 2230 kv.m sahəsi olan bir orta əsr qalası üslubunda inşa edilmiş bir malikanə də daxildir. İnsanların bəzən yorucu diqqətindən qaçan müğənninin yaşadığı bu qala eyni üslubda olan daş divar vastəsi ilə gizlədilib. Lakin buna baxmayaraq pərəstişkarları müğənnini görmək ümidi ilə qayıqlarla ada ətrafında dolaşırlar.
"Yunanıstan" adası (BƏƏ əyaləti)- Pamela Anderson
Məşhur Malibu porno ulduzu , "Playboy" modeli və məşhur aktrisa Pamela Anderson həyat yoldaşı Tommİ Lee sayəsində gözəl bir adanın sahibi oldu. Onun yoldaşı sevdiyi qadın üçün " Jumeirah" yaxınlığında süni arxipelaqda yerləşən və dünya xəritəsi şəklində inşa edilmiş bir ada alıb. Qeyd edək ki, həmin arxipelaqda təxminən 300 ədəd kiçik adalar var. Burada gözəl malikanələr , dəbli otellər inşa edilir. Bu adalara yalnız iki yolla - xüsusi təyyarələr və "Jumeirah" dəniz limanından xüsusi qayıqlarla getmək olar.
"Madeira" adaları(Portuqaliya)-Stiven Spilberg
Bu əsrarəngiz ada haqqında əslində məlumatlar o qədər də zəngin deyil. Bir çox press işçilərinin yaydığı məlumatlara görə, məlum olub ki,məşhur rejissor, prodüsser və aktyor Stiven Spilberg Avropa arxipelaqının adalarından birini alıb.Dəqiqliyi ilə desək, həmin ada Portuqaliyanın əyalətlərindən birində yerləşir. Şübhəsiz ki, bu alış-veriş ona çox baha başa gəlib. Məşhur əldə etdiyi əmlakı haqqında mətbuata heç bir açıqlama verməyib. Deyilənlərə görə, bu adada Stiven övladları ilə birliktə dincəlir və gələcəkdə layihələri haqqında düşünür.
"North" adası ( Seyşel adalarının daxilindədir)-Mixail Proxorov
Şərqi Afrika yaxınlığında yerləşən "North" adası, rus milyarder Mixail Proxorovdan başqa heç kimin diqqətini çəkmədi. O, aldığı bu torpağın bu hissəsini təxminən 25 milyon avro ödədi. Təmiz təbiətə malik olan bu ada həm də əla bir sərmayədir.Adanın ərazisində ən son texnologiyalara uyğun təchiz edilmiş on bir lüks bina var. Demək olar ki, bura peyk rabitəsi və sivilizasiya son texnologiyaları ilə inşa edilən bir eko kurortdur. Hal-hazırda "North" adası dünyanın hər yerindən zəngin və nüfuzlu insanları cəlb edən bir məkandır. Məsələn, 2011-ci ildə toyları olan Kembric hersoqları bal ayı üçün məhz bu adanı seçdilər. "President Villa" , ya da "Villa North" da bir yer sifariş etmək üçün təxminən 6,5 - 8 min dollar ödəmələsiniz.
"Long Cay" adası ( Bahamalar)-Eddi Myorfi
Baham adalarını dəlicəsinə sevən digər məşhur isə Eddi Myorfidir. Ada "Xoruz " adası mənasını verir və onun ərazisi təxminən 6 hektardı. Deyilənlərə görə, ilk dəfə bura səyahət edən məşhur səyyah Xristofor Kolumb burada nəhəng və çox dəyərli bir inci tapmışdı. Sonrakı dövrlərdə burada bir həbsxana yerləşirdi. Lakin bələdçilər və daşınmaz əmlak satıcıları bu barədə susmağa üstünlük verirlər.
Samirə Tağıyeva, "İki sahil"