Titanik gəmisində baş verən faciənin üzərindən uzun zaman keçsə də, hələ də onun baş vermə səbəbi tədqiqatçıları düşündürür. Hadisə ilə bağlı qeyri-adi versiyalar irəli sürülməkdədir.
Bəzi tarixçilər hesab edirlər ki, Titanik gəmisi içərisində baş verən yanğın səbəbindən batmışdı.
Yanğının kömür bunkerlərindən birində səyahətə başlamazdan bir neçə həftə əvvəl başlaya biləcəyinə dair bir fikir var. Daxili astardakı qüsur səbəbindən gəmi aysberqlə toqquşduqda tab gətirə bilmədi.
Digər versiya belədir ki, Titanikin bortunda gizlicə Misir mumiyaları daşındığından gəmi fironların lənətinə səbəb oldu.
Yozef Hostettler adlı bir tədqiqatçı isə hesab edir ki, gəminin altından yaranan deşik suyun altından vuran qəribə bir lazer şüası nəticəsində meydana gəlib.
Ekspert gəminin batmasında yadplanetlilərin əli olduğunu düşünür. Onların yüksək dəqiqlikli silahlarla hücumu faciənin əsas səbəbi ola bilər.
Nubar Süleymanova, “İki sahil”