02 iyun 2021 13:59
1246

Müasir insan 150 il də yaşaya bilər

Alimlər insanın pasportda göstərilən yaşından əlavə həqiqi yaşının olduğunu və onun göstəricisini müəyyən ediblər. Uzun sürən tədqiqatlardan sonra onlar müasir insanın əslində nə qədər yaşaya biləcəyini təyin ediblər. Məlum olub ki, müasir insan 120-150 il yaşaya bilər.

Hər birimiz bir uşağın dərisindəki nisbətən dərin bir yaranın bir neçə gündə sağaldığını görürük. Bir yetkin insanda bu sağalma dövrü bir həftəyə, yaşlı insanlarda bir aya qədər ola bilər. Elm adamları, müəyyən bir yaralanmanın "yaxşılaşma" sürətini təyin edən bir göstərici tapıblar və bunun sayəsində bu gün planetdə yaşayan insanların mümkün ömür müddətini təxmin ediblər.

Tədqiqatçılar İngiltərə, ABŞ və Rusiyadan təxminən yarım milyon insanın qan hüceyrələri haqqında məlumatları araşdırıblar. Müxtəlif hüceyrələrin sayındakı fərqliliklərdən, dinamik orqanizmin vəziyyət göstəricisi (DOSI) adlandırdıqları tək bir göstərici əldə edilə biləcəyi ortaya çıxdı.Bu göstərici vücudumuzun xarici təsirlərə qarşı müqavimətinin zamanla necə dəyişdiyini göstərir. Hər birimiz bilinməyən bir patogenin hücumu və ya bir növ təbii fəlakət səbəbiylə zəhərlənərək, və ya avtomobil qəzasında ölə bilərik. Ancaq bir insanın bəxti gətirsə və ya heç bir təsadüfün qurbanı olmamışsa, onu qəbirə nə aparacaq? Çox güman ki, xəstəlikdən və ya bir növ zədədən qurtula bilməmək. Çünki yaşlandıqca sağalma prosesinin müddəti də uzanır. Bu mənada ən kritik nöqtə 120-150 yaş sayıla bilər. Bu sərhəd tamamilə bədən müqavimətinin tab gətirmədiyi bir həddir.

Tədqiqatlar göstərir ki,bədənimizin bəzi kifayət qədər radikal dəyişiklikləri olmasa idi, fundamental səviyyədə insan kimi kövrək bir varlıq üçün həyatını uzatmağa daha çox illər “qazanmaq” çətin olardı.

Nubar Süleymanova, “İki sahil”