02 iyun 2021 15:14
1196

Dünyanın ən təhlükəli 16 çimərliyi/FOTO

Xəyallarımızı bəzəyən və təbii möcuzə olan dəniz sahillərinin  qaranlıq bir tərəfi də var. Gözəl görünsələr də, bəzi çimərliklər ölümcül ola bilər. O qədər ki, hər il onlarla insan köpək balığı hücumlarına, zərərli canlılara və ya təbii hadisələrə görə bu çimərliklərdə həyatını itirə bilər. Gəlin dünyanın ən təhlükəli çimərlikləri və dənizləri birlikdə tanış olaq.

Burton Bradstock Beach, İngiltərə

İngiltərədəki Burton Bradstock çimərliyi sahilə paralel uzanan təpələrdən düşən qayaları  ilə ciddi bir risk yaradır.

Reunion adası, Mauritius

Mauritiusdan 220 km aralıda yerləşən Reunion adası, sörfçülər təqib etdiyi yer kimi görülsə də, köpək balığı hücumları ilə də gündəmə gəlir. Adada son 5 ildə 20 köpək balığı hücumu qeydə alınıb.

Fraser adası, Avstraliya

Queenslandın cənub-şərqindəki Fraser Adası da  yüzlərcə köpək balıqları və zəhərli meduzaları ilə tanınır.

Gansbaai, Cənubi Afrika

60 mindən çox suitinə ev sahibliyi edən Gansbaai bu xüsusiyyəti ilə köpək balıqlarının diqqətini çəkir və üzmək üçün  bu bölgəni seçən insanlar üçün də təhlükə yaradır.

Boa Viegem, Braziliya

Braziliyanın Resifi şəhərindəki məşhur çimərlik 1992-ci ildən günümüzə qədər  50 köpək balığı hücumuna məruz qalıb.

Şenzhen, Çin

Çinlilərin yayda sərinləmək üçün üstünlük verdiyi Şenzhen çimərliyi 1-14 yaş arası uşaqlar üçün bir çox boğulma hadisəsinə şahidlik edib.

Şimali Avstraliya çimərlikləri

Avstraliyanın şimal sahillərində tapılan çoxsaylı zəhərli meduza növləri 1883-cü ildən günümüzə qədər ən azı 70 nəfərin ölümünə səbəb olub.

Volusia, Florida

ABŞ-ın Florida ştatındakı  Volusia şəhərində köpək balığı hücumları ilə tanınan çimərliklər var. 1882-ci ildən bəri bölgədə 267  köpək balığı hücum qeydə alınıb. Bu rəqəm təkcə Volusianın bütün Cənubi Afrikadan daha çox köpək balığı hücumuna məruz qaldığı  anlamına gəlir.

Covpatti Beach, Hindistan

Mumbaydakı Covpatti çimərliyi dünyanın ən çirkli çimərliklərindən  biridir.

Kopakabana, Braziliya

Dünyanın məşhur Kopakabana çimərliyi köpək balığı hücumlarına şahid olsa da, bölgə daha çox oğurluq və cinayət təhlükəsi ilə üzləşir.

Bikini Atoll

UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Bikini Atoll iki səbəbdən təhlükəli sayılır: nüvə radiasiyası və köpək balığı. 1946-1958-ci illərdə  ABŞ bu yerdə 20 nüvə silahı sınaqdan keçirib.

Şimali Kaliforniya

Kaliforniyanın şimalındakı qırmızı üçbucaq kimi tanınan çimərliklərdə ağ köpək balıqların  insanlara hücumunun yüzdə 11-i yaşanıb.

Kilauea, Havay

Buranın ən böyük adası Kilauea, dünyanın ən aktiv vulkanlarının yaxınlığında yerləşir. 1983-cü ildən bəri adada püskürən lavalar okeana tökülür. Havayda 1828-ci ildən bəri 102 köpək balığı hücumu olub.

Playa Zipolite, Meksika

Bir çox boğulma hadisəsi olduğu "Zipolit" sözü, Nahuatl dilində "ölüm çimərliyi" mənasını verir. 2007-2009-cu illər arasında xilasedicilər 180 nəfəri ərazidə boğulmaqdan xilas ediblər.

Amazon çimərlikləri, Braziliya

İlanların, piranaların və anakonda ilanlarının evi olan Amazon sahili dünyanın ən təhlükəli çimərliklərinə ev sahibliyi edir.

Staytes, İngiltərə

Çirklənmiş suları ilə Avropa standartlarına cavab verməməklə yanaşı, bu baxımdan ən pis olan Staytes suları kəskin ishal, ekoli, tifo ateşi, meningit və hepatit A kimi xəstəliklərin  riskini daşıyır.

Vüsal Cahanov, “İki sahil”