Yerin müxtəlif bölgələrində yaşayan mikroorqanizmlər tamamilə fərqli ola bilər və bu da şəhərlərə özünəməxsus mikrob izi verir.
Dünyanın fərqli yerlərindən olan 900 nəfərdən ibarət tədqiqat qrupu genişmiqyaslı tədqiqatlar apararaq müxtəlif şəhərlərdə məhəccərlərdən, turniket, oturacaq, kassa və s. yerlərdən nümunələr toplayaraq belə nəticəyə gəliblər ki, hər bir şəhərin mikrob aləmi də fərqlidir. Bu, əsasən iqlim və coğrafi dəyişikliklərdən təsirlənir.
Lakin tədqiqatçılar bütün növ mikrobları müəyyənləşdirə bilməyiblər. Müəyyən edilən mikroorqanizmlərin demək olar ki, yarısı viruslar və bakteriyalar arasında bilinən heç bir növə uyğun gəlməyib. Sözügedən elm işin nəticələri “Science News” jurnalında dərc olunub.
Nubar Süleymanova, “İki sahil”