Tibb işçiləri hamımıza tanış olan bu tərəvəzin ürək xəstəliklərinin qarşısını aldığını və insultdan qoruduğunu müəyyən ediblər. Söhbət bolqar bibərindən gedir. Çoxları dadına görə onu sevsə də, ürək üçün nə qədər faydası olduğundan xəbərsizdir. “lenta.ua” portalı xəbər verir ki, bolqar bibəri insanı ürək xəstəlikləri və onkoloji xəstəliklərdən qoruyur.
Dietoloqlar bildirirlər ki, antioksidantlar, polifenol, C və K vitamini ilə zəngin olan bu bitki iltihab və şiş əleyhinə təsirə malikdir.
Bundan əlavə, bibərin tərkibindəki beta karotin maddəsi insan orqanizminə daxil olaraq, A vitamininə çevrilir, immuniteti möhkəmləndirir, dəri, göz, diş və damaqlar üçün çox faydalıdır.
Bolqar bibərinin yüksək təzyiqə qarşı da faydalı olduğu bildirilir. Hipertoniyadan əziyyət çəkən insanlar bol-bol bolqar bibəri istifadə edə bilərlər. Bu bitki qanda trombların yaranmasının da qarşısını alır.
Tibb mütəxəssisləri hesab edirlər ki, sutkalıq C vitamini dozasını təmin etmək üçün gündə 40 qram bolqar bibəri yemək kifayətdir. Buna baxmayaraq, bu tərəvəzin yeyilməsində bir limit yoxdur, istədiyiniz qədər yeyə bilərsiniz.
Nubar Süleymanova, “İki sahil”