Yumurta rasionumuzda olan nadir qidalardandır ki,orta yaşlı normal bədən ölçülərinə sahib sağlam orqanizm üçün lazım olacaq qədər aminturşu ehtiyatı olan zülallarla zəngindir.Eyni zamanda, sağlamlığın əsasında duran A,E,D vitaminləri ilə yumurta əvəzedilməz bir vitamin deposudur.
Yumurtada olan E vitamini ürək əzələsinin işini təmin etməklə yanaşı xərçəngdən qoruyucu əsas faktorlardandır. A vitamini maddələr mübadiləsini tənzimləyir və bir çox əsas elementlərin sintezində mühüm olan bir maddədir.Vitamin D isə bir çoxlarına məlum olduğu kimi, sümük-oynaq sisteminə,eyni zamanda, dişlərə kifayət qədər müsbət təsir edir.
Qadın cinsinin nümayəndələrini isə gələcək analar kimi süd vəzi və uşaqlıq boynu xərçəngindən müdafiə edən əsas maddələri özündə daşımaqla yumurta öz vacibliyini bir qida kimi sübut etmiş olur.Bu onun tərkibindəki selenium elementi ilə bağlıdır. Yumurtada yağların aşağı göstəriciləri onun pəhriz qidası kimi sağlam arıqlamaq istəyənlərin rasionunda mütləq olmalıdır.
Samirə Tağıyeva, "İki sahil"