04 iyun 2021 15:41
1518

Kondisionerlərlə bağlı bunları bilirsiniz? - FOTO

Hazırda kondisionerlərdən geniş istifadə edilir, mənzillərdə, evlərdə temperaturu idarə etmək üçün hazırlanmışdır. Bəs ümumiyyətlə kondisionerlər barədə nə bilirsiniz? Onları kim icad etdi? Necə populyarlıq qazandı? Avtomobillərdə ilk dəfə nə vaxt istifadə edildi? Bu məqalə bütün suallarınızı cavablandıracaq.

Təhlükə

1930-cu ildə istehsal olunan, kompakt ölçülü ilk kondisionerlərdən biri, insan sağlamlığı üçün təhlükəli ammonyak üzərində işləyirdi. Bu maddənin buxarı yuxarı tənəffüs yollarına, eşitmə və görmə qabiliyyətinə təsir edirdi. Yalnız bir neçə il sonra sağlamlıq üçün təhlükəli olmayan neytral freonla əvəz olundu.

Bir maşın qiymətinin yarısı

 Həmin dövrlərdə kondisionerlər çox həcmli və bahalı idilər, yalnız çox imkanlı insanlar onu satın ala bilirdilər. Nəqliyyatda quraşdırılması isə ümumiyyətlə çox baha başa gəlirdi. Kondisioner sisteminin qiyməti avtomobilin qiymətinin təxminən 30% -i idi.

İlk cihaz

İlk kondisioner Uilliam Karrier-in səyi ilə 1902-ci ildə yaradıldı. Cihazını Bruklin Mətbəəsi üçün yaratdı. Əslində cihaz otağı soyutmaq üçün düşünülməmişdi, çap mağazasında böyük bir problem olan nəmlə mübarizə üçün hazırlanmışdı.

Kondisioner sistemli ilk bina

 Kondisioner sistemi quraşdırılmış ilk bina Nyu-York Fond Birjasının binası olub.

Təhlükəsizlik

1931-ci ildə mühəndislər freon qazını ixtira etdilər. Bu qaz sayəsində kondisioner tamamilə zərərsiz bir cihaza çevrildi.

Satış liderləri

Amerika şirkətləri kondisioner satışında bir müddət lider oldular. Sonradan isə yaponlar bu birinciliyi ələ aldılar. Onlar bu hava cihazının inkişafına böyük töhfələr verdilər.

Kondisioner və qızdırıcı

1958-ci ildə Daikin şirkəti iki funksiyalı bir cihaz hazırladı, bu otağı həm soyudub, həm qızdıra bilirlər.

 Serialı modellər

1961-ci ildən etibarən, məşhur Toshiba şirkəti praktik olaraq indiki formada iki blokdan ibarət cihazlar istehsal etməyə başladı. Bu, o dövrdə satışda bir “partlayış”a səbəb oldu. İnsanlar ixtiranı çox bəyəndilər, çünki səs-küylü hissə küçədə quraşdırılmışdı və otaqda sakitçilik pozulmurdu.

 Güc idarəetmə sistemi

Toshiba şirkəti 1981-ci ildə split sistem inkişaf etdirdi, bu, gücü tənzimləməyə imkan verirdi və 17 il sonra bu cür kondisionerlər demək olar ki, bütün bazarı ələ aldı.

İlk dəfə maşında istifadəsi

“Packard” şirkəti avtomobillərə soyutma sistemi qurmaq xidməti təklif edən ilk şirkət idi, lakin çox baha qiymətə başa gəlirdi.

SSRİ-nin ilk kondisionerləri

Sovet İttifaqı 1960-cı illərdə öz kondisionerlərini istehsal etməyə başladı. Lakin bu kondisionerlər yalnız kosmik raketlərdə və gəmilərdə quraşdırılırdı. Yalnız 10 il sonra mülki bazar üçün istehsal başladı.

 İnsan həyatına təsiri

İqlim nəzarəti sayəsində insan ömrü xeyli uzandı, isti iqlim üçün xarakterik olan xəstəliklərin sayı azaldı və əmək məhsuldarlığı da artdı.

Kinoteatrlardakı kondisionerlər

Kondisioner sistemlərindən ilk istifadə edənlər arasında kinoteatrlar var. Yaz aylarında insanları cəlb etmək üçün kinoteatrlar yayın ortalarında yüksək büdcəli filmlər nümayiş etdirməyə başladılar.

Tibbə təsiri

Kondisionerlər olmasa idi,müasir dünya bir sıra dərman preparatlarından məhrum olardı, çünki onları yalnız aşağı temperaturda istehsal etmək və saxlamaq mümkündür.

Allergiyalı insanlar üçün xilas

Yazın gəlişi ilə milyonlarla allergiyalı insan əziyyət çəkməyə başlayır. Kondisionerlər bu çətin dövrü keçirməyə kömək edir.

Daha çox oksigen

Belə bir kondisioner ilk dəfə 2002-ci ildə çıxdı, otaqdakı oksigen konsentrasiyasını artıra bilirdi. Bir Çin şirkəti tərəfindən yaradılmışdı.

Nubar Süleymanova, “İki sahil”

 



.