Qadınları daim düşündürən əsas mövzulardan biri gözəlliklərini necə qorumaqdır. Əslində bunun bir neçə yolları var. Lakin sizlərə ən çox istifadə olunan üsulları təqdim edirik.
Limon
Gözəl antiseptik kimi tanınan limonu qoltuğaltına çəksəniz, o zaman əsla tərləməzsəniz. Suyu sıxılmış limonu dirsəklərinizə sürtüb, 5 dəqiqə masaj etdikdən sonra həmin yeri zeytun yağı ilə masaj edin. O, zaman dirsəkləriniz daha yumşaq olacaq.
Dəniz duzu
Bir az dəniz duzu ilə şəkəri qarışdırıb bədənizin səpgili olan nahiyələrini həmin qarışım ilə masaj etsəniz çox xeyirli olduğunu görəcəksiniz. Dəniz duzu bədəninizə rahatlıq,dərinizə isə parlaqlıq gətirən vasitələrdəndir.
Sirkə
Alma və limon sirkəsi ilə bədəninizi yaxalasanız dəriniz çox yumşaq və hamar olacaq. Əgər sirkədən üzünüzə istifadə etsəniz parlaq cildə sahib olacaqsınız. Qeyd edək ki, sirkə həmçinin üzdə olan ləkələri aparır .Sirkədən saçınıza istifadə etsəniz daha möhkəm və tökülməyən saçlara sahib olacaqsınız. Topuqlarınızı daban daşıyla 1-2 dəqiqə ovun və sonra zeytun yağı çəkin.Topuqlarınız təmiz və daha hamar olacaq .
Qoz yarpağı
Qəribə səslənsədə dişləri qoz yarpağı ilə sürtmək məsləhətlidir. Bu üsulla daha təmiz,ağarmış dişlərə sahib olacaqsınız. Qoz yarpağı, həmçinin diş ətinə,həm də damağa xeyirlidir.
Dəmlənmiş çay
Saçlarınızı dəmlənmiş çayla yaxalasanız onlar daha parlaq və gur olacaq. Gözlərinizin yorğunluğundan və ya şişkinliyindən azad olmaq üçün mütləq dəmlənmiş çaydan istifadə etməyiniz məsləhətlidir.
Samirə Tağıyeva, "İki sahil"