06 iyun 2021 17:31
1305

Xalq mahnılarının yazıldığı şəhər- Esterqon/FOTO

Esterqon Macarıstanın paytaxtı Budapeştdən 60 kilometr məsafədə ölkənin şimal-qərbində Dunay çayı sahillərində yerləşir. XIII əsrdə Monqol istilasına qədər Macarların paytaxtı olan bu şəhər osmanlıların Avropadakı sərhəd nöqtələrindən biri olub. Xalq mahnılarının yazıldığı şəhər 1683-cü ildə avstriyalıların əlinə keçib və bu vəziyyət Macarıstan müstəqilliyini elan edənə qədər davam edib.

“İki sahil” Avropanın ortasındakı bu tarixi şəhər haqqında məlumatları oxucularına təqdim edir.

Bu şəhər tarixi əhəmiyyətini bu günə qədər də qorumağı bacarıb. Dunay çayı  sahillərindəki şəhər, macarlar kimi türk tarixi üçün də böyük əhəmiyyətə malikdir. Şəhər macarların tarixi paytaxtı olaraq, milli şüurda əhəmiyyətli bir yerə sahibdir. XIII əsrdə Avropanın ortasına çatan Monqol istilasına qədər Macar Krallığının paytaxtı olan Esterqon, 1241-ci ildən sonra ölkənin dini mərkəzi olaraq qalıb. Bu tarixdə  Kral 4. Bela paytaxtı Buda şəhərinə köçürdükdən sonra Esterqon dini bir kimlik qazanıb. Şəhər tarixi və dini rolu səbəbindən əhəmiyyətini heç vaxt itirməyib. Bura  macarlar üçün hər zaman böyük əhəmiyyət kəsb edib. Bu tarixi yer bu gün UNESCO-nun Dünya Mirasları siyahısına da daxil edilib. Şəhər qarşı tərəfdən Slovakiya ilə  sərhəddir. Dunay çayı bu cəhətdən Macarıstan və Slovakiyanı ayırır. Osmanlı dövründə Cigerdelen olaraq bilinən Slovakiyanın Şturovo şəhəri, Esterqonun qarşı sahilindədir. Marie Valerie Körpüsü iki şəhəri və ölkəni bir-birindən  ayırır. Ancaq tarixdə Şturovo şəhəri də  Macarıstanın bir hissəsi idi.Hətta Osmanlı hakimiyyəti dövründə də bu iki şəhər eyni vilayətin bir hissəsi olub. Bu bölgə, eyni zamanda Osmanlı İmperatorluğunun Avropadakı ən ucqar nöqtələrindən biri kimi seçilir. Qanuni  Sultan Süleyman zamanında Osmanlı hakimiyyəti altına girən Esterqon şəhəri  qısa fasilələr xaricində 1683-cü ilə qədər Osmanlı  torpağı olub. Avropada imperatorluğun əhəmiyyətli bir qala rolunu oynayan şəhər həm də ordu üçün əhəmiyyətli bir mərkəz idi. 2-ci Vyana mühasirəsinin uğursuz sona çatmasından sonra Osmanlıların əlindən çıxan şəhər, Avstriya-Macarıstanın bir hissəsi olub. 1918-ci ildə Macarıstanın müstəqilliyini elan etməsindən  sonra, bu ölkənin Dunay çayının kənarında sərhəd şəhəri olub. Esterqon deyildiyi zaman ağla gələn ilk yer, əlbəttə ki, şəhərlə eyni adı daşıyan tarixi qaladır. Osmanlı dövründə çox əhəmiyyətli bir hərbi baza olan tarixi qalaya xalq mahnıları həsr olunub. Belə  ki, 2005-ci ildə Ankarada bənzər bir qala tikilib. Bu gün təxminən 31 min insanın yaşadığı şəhər, xüsusən də həftə sonları gəzinti yerlərindən biridir. Macarıstan tarixindəki əhəmiyyətinə görə şəhərə ölkənin hər yerindən qonaqlar gəlir. Övliya Çələbi də səyahətləri əsnasında bu şəhərə  gəlib. Şəhərdə dörd məscid və iki mədrəsə olduğunu deyən Övliya Çələbi, buranın 14 bölgəyə sahib olduğunu yazır. Ötən illərdə şəhərdə Hacı İbrahim Məscidi bərpa edilib.

Vüsal Cahanov, “İki sahil”