06 iyun 2021 13:22
1188

Türkiyənin ilk robot aktrisası izləyicilərlə görüşdü

Türkiyənin ilk robot aktrisası Aypera İstanbulda izləyicilərlə görüş keçirib.

Ölkənin ilk rəqamsal insanı 26 oktyabr 2020-ci ildə "doğulub", amma 21 yaşındadır.

"İstanbulluyam amma internetdə doğulmuşam", - deyə Aypera öz hekayəsini insanlarla paylaşıb.

Ayperanın hazırlayan komanda 15 nəfərdən ibarətdir. Digital insanın film çəkilişləri ilə yanaşı konsert proqramlarında da çıxış etməsi planlaşdırılır.

Oxu.az