07 iyun 2021 11:44
995

Koronavirusa qarşı yaşıl çay

Alimlər koronavirusla mübarizədə yaşıl çayın köməyindən istifadə etməyə başlayıblar.

Yaşıl çayın tərkibindəki bəzi birləşmələr koronavirus infeksiyasının müalicəsində effektiv ola bilər. Böyük Britaniyadan olan alimlər bu qərara gəliblər. Yaşıl çayın bu xüsusiyyəti ilə bağlı tədqiqatlar ilkin mərhələdə olsa da, aparılan tədqiqatlar nəticəsində yazılan elmi məqalə “RSC Advances” jurnalında dərc edilib.

“Biz “COVID-19” əleyhinə elmə məlum olan bütün təbii birləşmələri sınaqdan keçiririk. Nəticələr göstərdi ki, yaşıl çayın tərkibindəki qallokatexin adlı maddədə bu virusa qarşı mübarizəni gücləndirir”,-deyə britaniyalı alimlər bildiriblər.

Hazırda daha detallı təcrübələr həyata keçirilir və maddənin təhlükəsizliyi öyrənilir.

Nubar Süleymanova, “İki sahil”