Dünyanın ən dərin hovuzu Britaniyanın Kornuol şəhərində tikilir. Onun dərinliyi 50 metr təşkil edəcək. Bu,təxminən, 18 mərtəbəli bir bina ölçüsündədir. “Blue Abyss” (Mavi uçurum) adlandırılan hovuz adi insanların üzməsi üçün deyil, kosmik və sualtı tədqiqatlar üçün nəzərdə tutulub. Su tutumu 42 min kubmetrdir, bu, Olimpiya strandardlarına uyğun 17 hovuzun ölçüsüdür.
Mavi Uçurum sualtı robot texnikasını sınamaq üçün də istifadə edilə bilər. Bunun üçün hovuz içərisində bir sualtı mağara sistemi qurulacaqdır. Həm də ISS modellərində astronavtlar hazırlaya biləcək.
Bundan əlavə, heyrətləndirici hovuz nəhəng bir film üçün sualtı sahə və ya dərin dəniz dalğıcları üçün təlim bazası kimi istifadə edilə bilər.
Hovuz 40 min kvadratmetrlik bir ərazi tutacaq.
Layihə hazırda “Blue Abyss” şirkətinin baş direktoru olan keçmiş dalğıc təlimatçısı Con Vikersin məhsuludur. Vikers BBC-yə verdiyi açıqlamada "Mavi Uçurum”un müdafiə, insan fiziologiyası araşdırmaları, dəniz enerjisi, sualtı robot texnikası, istirahət və dəniz sənayesi üçün böyük bir tədqiqat mərkəzi olacağını bildirib.
Layihənin dəyəri 150 milyon funt sterlinq təşkil edir.
Nubar Süleymanova, “İki sahil”