Cənubi Koreyanın KIA şirkəti yeni beşinci nəsil “Sportage” krossoverini təqdim edib. Avtomobilin satışına bu ilin sonundan başlanılacaq. Qiymətləri hələlik açıqlanmayıb.
Yeni “Sportage”in dizaynı Çin, ABŞ, Almaniya və Cənubi Koreya mütəxəssisləri tərəfindən birgə hazırlanıb. İnteryerə müxtəlif rəngli bəzəklər, oturacaq tikişləri və qara rəngli əlavələr edilib. Mərkəzi hissədə elektron cihazların simsiz doldurulması üçün bir yuva, elektron köməkçilərin ötürülməsi və iş rejimi üçün düymələr, oturacaqların isidilməsi və havalandırılmasına nəzarət düymələri vardır.
Xatırladaq ki, “Luxe Plus” versiyası artıq 2 L (150 HP) benzin mühərriki və ön ox sürücüsü ilə müştərilərə təqdim olunub. Krossoverin dəyəri Rusiyada 1994900 rubl, tam ötürücülü - 2074900 rubl, 2.4 litrlik benzin mühərriki (184 at gücündə) və tam ötürücülü - 2194.900 rubl təşkil edib.
Nubar Süleymanova, “İki sahil”