08 iyun 2021 13:33
1370

Rusiyalı alimlər yuxuları videoya çəkəcəklər

Rusiyalı alimlər yuxuları yenidən “izləmək” üçün bir texnologiya yaradıblar. Bu barədə Rusiya mətbuatı Milli Texnologiya Təşəbbüsləri Platformasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bu texnologiya, yuxuları "deşifrə etmək" üçün elektroensefaloqrafiya və süni zəkadan istifadə edən beyin-kompüter interfeysidir.

“Yüksək beyin fəaliyyəti ilə müşayiət olunan REM mərhələsində yuxular görürük. Yəqin ki, yuxuları tam detalları ilə yenidən yarada bilməyəcəyik, ancaq kateqoriyasını təyin etməyə müvəffəq olacağıq - xoş, xoşagəlməz, kabus,təbiət ilə bağlı, cinsi və s. Yəni, hisslərinizi yuxudan başa düşə bilərsiniz”, -deyə tədqiqatın həmmüəllifi  Vladimir Konyşev bildirib.

 Tədqiqat müəllifləri 2019-cu ildən təcrübələrə başlayıblar. Təcrübə iştirakçılarına müxtəlif mövzularda videolar göstərilib. Eyni zamanda onların beyninin fəalliyəti EEQ aparatı vasitəsilə izlənilib.

 Beləliklə, tədqiqatçılar beyin fəaliyyətinin quruluşunun şəxsin izlədiyi videonun mövzusundan asılı olaraq fərqli olduğunu müşahidə ediblər.

Tədqiqatçılar 2025-ci ildən etibarən, neyroqarnituranın köməkliyi ilə öz yuxularımızı qeydə ala biləcəyimizə ümid edirlər.

Nubar Süleymanova, “İki sahil”