Hindistan "Tac-Mahal"
"Tac-Mahal" dünyanın memarlıq möcüzəsi kimi tarixə həkk olunmuşdur. Əsl sevginin bariz nümunəsi olan bu abidə həssas, həqiqi aşiq, vəfalı hökmdar Şah Cahan tərəfindən sevdiyi həyat yoldaşı üçün inşa etdirilmişdi. Qeyd edək ki, " Şah Cahanın yoldaşı Mümtaz Mahal 14-cü övladını dünyaya gətirən zaman vəfat edib.

"Tac-Mahal" Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində dünyanın yeddi yeni möcüzəsi siyahısına salınıb. Qeyd edək ki, bəşəriyyət üçun bir sirr olaraq qalan "Tac- Mahalın" zirzəmisində hələ də çox sayda möhürlənmiş otaq var və bura heç kimin içəri girməsinə icazə verilmir.Bu otaqların qapılarının niyə bağlı qaldığını izah edən bir çox nəzəriyyə var. Ən çox yayılmış elmi nəzəriyyələrdən biri də odur ki, həmin mərmərlə örtülmüş otaqlar karbondioksitin təsirinə məruz qaldıqda kalsium karbonata çevrilə bilər . Nəticədə, mərmər çökəcək və dağılacaq. Məhz bu səbəbdən həmin otaqlar möhürlənərək, ictimaiyyətin gözündən gizlənmişdir. Deyilənlərə görə, bu qapılar açılsa buradan zirzəmiyə daxil olan karbon qazı "Tac- Mahalı" əhatə edən dörd minarəni çökdürə bilər.
Kanada "Banff Springs Otel"
Kanadada yerləşən bu otelin rəsmi adı" Fairmont Banff Springs"dir. Otelin yeri mükəmməldir. Belə ki, "Rundle" dağı və "Bow" vadisinin nəfəs kəsən mənzərələrini təqdim edir. Otel 1414 metr yüksəklikdə yerləşir və orta əsr qalasına bənzəyir. Otelin müştəriləri "Rundle" dağı və " Bow " vadisinin nəfəs kəsən mənzərələrini seyr etmək xoşbəxtliyinə sahibdilər. Lakin nəhəng otelin 873 nömrəli otağı qəribə və qorxulu açılmayan sirləri ilə məşhurdur.

Deyilənlərə görə, 8-ci mərtəbədə yerləşən 873 nömrəli otaq müəmmalı şəkildə yoxa çıxdı. Hal-hazırda burada qapının yerində bir divar var. Otelin işçilərinin dediklərinə görə, deyəsən kimsə həmin otağı möhürləmişdi. Sən demə, həmin otağın çox qorxunc bir hekayəsi var.1928-ci ildə evli cütlük qızı ilə otelə gəldikləri, ancaq heç birinin otaqdan sağ çıxmadıqları deyilir. Rəvayətlərə görə, kişi arvadını və qızını öldürdükdən sonra intihar etmişdir.
Sonradan oteldə qalanların 873-cü otaqdan səslərin gəldiyini və hətta balaca qızcığazın . Oteldə qalan insanlar, həmçinin balaca qızcığazın ağlamasını da eşitdikləri bildirilir.
Misir "Böyük Giza Sfinksi"
Qədim Misir əsrarəngiz yerləri ilə yanaşı, həmçinin nəhəng piramidalari ilə da məşhurdur. Həmin piramidalar içində seçilən " Böyük Giza Sfinksi" Nilin qərb sahilində yerləşib və Qədim Padşahlıq dövründə (təqribən e.ə. 1575-1465-ci illər) qurulmuşdur. Nəhəng və monolit qayadan yonulmuş , insan başlı şir formasında olan bu heykəlin uzunluğu 73 m, hündürlüyü 20 metrdir.
Ehtimal olunur ki, Sfinks Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanmışdır. Onun üzündə fironun cizgiləri əks olunmuşdur.
Bu müəmmalı yer bəşəriyyət üçün daima bir sirr olaraq qalan yerlərdən biridir. Burada, qumlar altında Yazılar zalı gizlədilmişdir (digər adları isə Salnamələr zalı, bilik Zalı və s.).
Arxeoloqlar bu nəhəng Sfinksin altında mağaraların olduğuna inanırlar. Lakin Misir hökuməti nədənsə bu yerlərdə təqiqat üçün qazıntılar aparmağa icazə verməyib. Bir çox yerli sakinlər də bu qizli qapının açılmasına imkan verməməsi üçün hökuməti dəstəkləyir. Bəziləri inanır ki, bu bağlı qapılar arxasında yadplanetlilər yaşayırlar. Qeyd edək ki, Gizada yerləşən piramidalar onsuz da "fironların lənəti" kimi tanınmaqdadır. Buna görə də bu sirli məkanın bağlı qapısını açmamaq daha məsləhətlidir.
Hindistan "Padmanabhaswamy" məbədi
"The Padmanabhaswamy " məbədi əslində qızıl taxtlar, taclar, sikkələr, heykəllər və bəzək əşyaları, brilyant və digər qiymətli daşlar da daxil olmaqla qiymətli əşyalar məkanıdr. Burada bəzi yeraltı tonozlar da aşkar edilmişdir. Həmin tonozlarda yerləşən altı kassasından beşi 27 iyun 2011-ci ildə aşkar olunmuşdu. Bu xəzinənin kəşfi, dünyanın qeydə alınmış tarixindəki ən böyük qızıl və qiymətli daş əşyalar kolleksiyasından biri olduğu üçün geniş milli və beynəlxalq medianın diqqətini çəkdi. Məbədin hələ də açılmamış bir sirri var. Ancaq bu sirr sirli qapıların arxasında kilidlənib. Məbədin kilidli otaqlarından birinin arxasında gizlənir. Qeyd edək, burada 2015-ci ildə bir trilyon dollarlıq bir xəzinə tapıldı. Bir çoxlarının düşüncələrinə görə, bu müəmmalı qapıdan baqka burada saysız-hesabsız sərvətlər gizlədilib. Deyilənlərə görə, gizli məbəddə tapılan hər bir xəzinənin qorxu ilə dolu öz tarixçəsi var. Maraqlısı budur ki, məbəddə tapılan xəzinəni hələ də İki kobra qoruyur.

Eyni zamanda, burada baş verən digər qeyri-adi hadisə odur ki, məbədin tonozlarından çox sayda qızıl müəmmalı şəkildə itdi. Arxeoloqlar qeyd etmişdilər, o zamanlar məbəddən 769-a qədər qızıl və gümüş külçə yoxa çıxmışdılar. Lakin məbədin ən böyük sirri olan B tonozonun bağlı qapısı artıq dillərdə bir dastana çevrilib.
Samirə Tağıyeva, "İki sahil"