Türkiyənin Erzincan şəhərinin Kemaliye rayonunda yerli sakinlərin gərgin əməyi və dövlətin dəstəyi ilə 132 ildə inşa edilən dünyanın ən çətin yollarından biri olan “Daş yolu” bir çox tunelləri, döngələri, iti qayaları və təbii gözəllikləri ilə hər fəsildə adrenalin həvəskarlarını qarşılayır. Kemaliye rayonunu Sivasın Divriği rayonundan keçərək Orta Anadoluya bağlamaq üçün 1870-ci ildə inşasına başlanan “Daş yolu”, qaranlıq kanyonun keçilməz qayalıqlarını ibtidai alətlərlə oyan və az qala “iynə ilə quyu qazan” yerli xalq tərəfindən 2002-ci ildə tamamlanıb. Əvvələr dar olduğu üçün yalnız piyadaların keçə bildiyi bu yol zaman keçdikcə nəqliyyat vasitələrinin keçməsi üçün genişləndirilib.
Hazırda alternativ yolların çəkilməsi ilə turizm məqsədləri üçün istifadə edilən Daş Yol, təbii gözəlliyi ilə Türkiyədən və xaricdən çox sayda turistin gəldiyi yerə çevrilib.
Dünyadakı nadir kanyonlardan biri sayılan Qaranlıq Kanyon boyunca davam edən 10 kilometr uzunluğundakı yol, 45 tunel, bir çox iti döngə və qayaları ilə hər fəsildə macərasevərlərin diqqətini çəkib. Beynəlxalq Erzincan Kemaliye Mədəniyyət və Təbiət İdmanları Festivalının keçirildiyi Kemaliyedə, “Daş yol”dan başqa qaranlıq kanyonda da "Baza Jamp" və "Wingsuit" atlamaları həyata keçirilib.
Tur bələdçisi Latif Yalçıner istifadəsi çətin olan yolun inşaat prosesinin daha çətin olduğunu deyib. O, bildirib ki, “Daş yolu” əslində Kemaliyenin bir xülasəsidir, çünki yolun çəkilməsinə qərar vermək asan deyildi. O vaxtkı imkanlar buna imkan verməyib. Yerli əhali təxminən 100 ildir ki, tamamilə insan gücü ilə çalışaraq yolun yalnız 3 kilometrini aça biliblər. O, sözlərinə belə davam edib: “Yolun keçdiyi qaranlıq kanyonun hündürlüyü 800 metrə çatır və çox dərələri var. “Daş yolu” bu gün dünyanın ən təhlükəli yollarından biridir. Son illərdə bu yer təbiətlə xüsusi maraqlanan qonaqlarımızın tez-tez gəldiyi bir yer olub. Qonaqlar burada səy, qətiyyət və əzmlə ortaya çıxan yolun nəticələrini maraqla izləyirlər. “Daş yolu”, xüsusilə motosiklet və velosiped qrupları ilə Kemaliyəyə gələn tur şirkətlərinin qonaqlarının gəzinti yolu olaraq göstərdikləri əraziyə çevrilib.”
Maliyyə Təbiət İdman Klubunun başçısı Dilşat Özpan 132 illik tarixi olan bu “Daş yolu”nun təbii gözəlliyi insanları valeh etdiyini ifadə edib.
Vüsal Cahanov, “İki sahil”