09 iyun 2021 16:40
1890

Türkiyənin Mərmərə dənizi tullantılardan təmizlənir - FOTO

Deyilənlərə görə, Türkiyə yaxın gələcəkdə həmin  ərazini qoruq ərazi elan edəcək.

Bu barədə "Reuters" xəbər verib.

Mərmərə dənizində olan tullantılar və suyun həddən artıq selikli olması   yalnız yerli flora və fauna deyil, həmçinin balıqçılıq sənayesinə də mənfi təsir göstərir. Balıqçıların sözlərinə görə, həmin tullantılar qayıqların motorlarına dolaraq, onlara zərər verir.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Naziri Murat Kurum Mərmərə dənizini qorunan bir ərazi elan etməyi planlaşdırdıqlarını söyləyib. Onun sözlərinə görə, Mərmərə dənizi çirkab olan süzərək, tullantılardan təmizlənəcək. Nazir, həmçinin qeyd edib ki,onlar  su sahəsindəki azot səviyyəsini 40% azaltmağı planlaşdırırlar.

Hal-hazırda suyun səthinin təmizlənməsi üçün 25 xüsusi su təmizləyən qurğudan istifadə olunur. Ayrıca, digər 18 gəmi tullantıların qarşısını almaq üçün çalışmaqdadır.

Samirə Tağıyeva, "İki sahil"