10 iyun 2021 09:09
835

Yeni kvant mikroskopu yaradılıb

Almaniya və Astraliya alimləri yeni kvant mikroskopu yaradıblar.

"İki sahil" xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb.

Yeni mikroskop əvvəllər görülməsi mümkün olmayan hüceyrə strukturlarını müşahidə etməyə imkan verir. O, naviqasiyadan tutmuş tibbi vizuallaşdırmayadək yeni tətbiqlərin, həmçinin biotexnologiyaların yaradılmasına şərait yaradır.

Qeyd edək ki, mikroskopun hazırlanmasında Avstraliyanın Kvinslend və Almaniyanın Rostok Universitetlərinin alimləri iştirak ediblər.