10 iyun 2021 11:03
1183

Koronavirus xəstələrinə müjdə: Yeni robot baxıcı

Honkonqun “Hanson Robotics” texnologiya şirkəti COVID-19 ilə mübarizədə yeni robot prototipini təqdim edib. Pandemiya prosesi zamanı tibbi personal olaraq xidmət edəcək robotun adı Gracedir.

“İki sahil” xəbər verir ki, Grace adlı bu robot səhiyyə işçilərinə bənzərliyi və sosial qarşılıqlı təsir qabiliyyəti ilə COVID-19 pandemiyasına qarşı mübarizə aparan səhiyyə işçilərinin yükünü azaltmaq məqsədi daşıyır.

 Daha əvvəl Honkonqda dünyanın ilk insanabənzər robotu Sofiyanı inkişaf etdirən “Hanson Robotics” şirkətinin istehsalı bu  robotun ölkədə koronavirusa qarşı mübarizədə istifadə edilməsi planlaşdırılır.

Vüsal cahanov, “İki sahil”