10 iyun 2021 11:57
1053

Qadın yola uzanaraq maşınların qarşısını kəsib - VİDEO

Türkiyənin Adana şəhərində naməlum bir qadın yola uzanaraq sürücülər üçün təhlükəli anlar yaşadıb.

“İki sahil” xəbər verir ki, Adananın mərkəzi Seyhan rayonunda Atatürk küçəsində kimliyi məlum olmayan qadın maşınların sıx vaxtında yola uzanıb və nəqliyyat vasitələrinin qarşısını kəsib. Bir neçə dəqiqə davam edən bu hadisə bir vətəndaş tərəfindən telefonla  çəkilib  və sosial mediada paylaşılıb. Qadın nəqliyyat vasitələrinə ziyan vurmağa çalışıb. Hadisə  sosial media istifadəçiləri tərəfindən təəccüblə qarşılanarkən, bəziləri qadını davranışına görə tənqidi şərhlər yazıb.

Vüsal Cahanov, “İki sahil”