11 iyun 2021 12:24
1086

Arxeoloqlar min illik yumurta tapıblar

İsrail arxeoloqları Yavne şəhərində qazıntı işləri apararkən  tapdıqları Abbasilər dövrünə aid min illik toyuq yumurtasını təsadüfən qırıblar.

“İki sahil” xəbər verir ki, qədim şəhərin sənaye bölgəsində iş aparan İsrailin arxeoloqlar təşkilatı yerin altında septik  çənin içərisində qalan yumurtanı qırmadan çıxarmağa müvəffəq olublar. Yumurta əsrlər boyu çatlamadan və çürümədən qorunub. Səlahiyyətli orqanlara görə, yumurta ora  düşmüş və ya çənə qoyulmuş və bu  şəraitdə qorunmasını saxlayan tullantılarla örtülüb. Ancaq yumurtanın  analiz üçün laboratoriyaya aparıldıqdan sonra burada qırıldığı bildirilib.Labaratoriyada  yumurtanın çatlamasına baxmayaraq içərisində biraz da olsa  sarısının qaldığı və bunun DNT araşdırması üçün bir şans olduğu bildirilib.

Vüsal Cahanov, “İki sahil”