“Microsoft” və “American Airlines” şirkətləri elektrikli uçan avtomobil istehsalçısına investisiya dəstəyi verib.
“İki sahil” xəbər verir ki, “American Airlines” İngiltərədəki “Vertical Aerospace” startap şirkətinə şəhərlərin üzərində uçmaq üçün dizayn edilən 1 milyard dollar dəyərində 250 uçan avtomobili sifariş etdiyini açıqlayıb. “Vertical Aerospace” isə “American Airlines”, “Virgin Atlantic”, “Microsoft” və “Avalon” kimi şirkətlərdən 4 milyard dollar dəyərində VA-X4 şaquli qalxma təyyarələri üçün ilkin olaraq 1000 ədəd sifariş aldığını bəyan edib.
Uçan avtomobilin sürəti saatda 320 km-dən çox olacaq
Bundan başqa şirkət satınalma şirkətlərindən biri ilə birləşərək Nyu York Fond Birjasında açıq formada ticarətə başlayacağını bildirib. Şirkətin bildirdiyinə görə, VA-X4 adlanan uçan avtomobil saatda 320 kilometrdən çox hərəkət edəcək və uçuş zamanı demək olar ki, heç bir səs eşidilməyəcək. Saatda 160 kilometrdən çox məsafəni qət edə biləcək bir avtomobilin prototipi hazırda istehsal olunur və ilk sınaq uçuşunun bu il keçirilməsi planlaşdırılır.
Vüsal Cahanov, “İki sahil”