14 iyun 2021 13:41
1298

Dişləri ağardıb möhkəmləndirən konfetlər çıxacaq

Vaşinqton Universitetindən bir tədqiqat qrupu dişləri ağardarkən diş minasını gücləndirən yeni bir məhsulun klinik sınaqlarına hazırlaşır. Maraqlısı budur ki, "konfet" şəklində, mentol ləzzəti ilə istehsal ediləcəkdir.

Sınaqlar müvəffəqiyyətli olarsa, bazarda əla bir yeni məhsul ortaya çıxacaq: təbii nanəli “lolipoplar" həm uşaqlar həm yetkinlər üçün sevimli olacaq.

Məhsul genetik cəhətdən hazırlanmış bir peptid (amin turşuları zənciri), həmçinin diş minasının bir hissəsi olan fosfor və kalsium ionlarını - dişin xarici qoruyucu qabığını ehtiva edir. Bu membran zədələnirsə, dişin əsas hissəsi - dentin zədəyə məruz qalır ki, bu da dişlərin həssaslığına, çürüklərə səbəb ola bilər.

Tədqiqatın müəllifləri yeni məhsulun həm böyüklər, həm də uşaqlar üçün etibarlı və uyğun olduğunu iddia edirlər. Əlbəttə ki, effektivliyi klinik sınaqlarla sübut olunmalıdır.

Nubar Süleymanova, “İki sahil”