"Twitter" mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur.
"İki sahil" xəbər verir ki, bu barədə Downdetector platforması məlumat yayıb.
Şikayətlərin əksəriyyəti ABŞ və İngiltərədən gəlir.
İstifadəçilər "Android" sistemli və "iPhone" smartfonları, "iPad" planşetlərinin veb sayt və sosial şəbəkənin mobil tətbiqetmələrində olan problemlər ilə üzləşdiklərini bildirib.