16 iyun 2021 11:38
2179

Ev almağın  ən asan olduğu 5 ölkə/FOTO

Dünyanın hər hansı bir yerində ev alma imkanınız olsa, hansı ölkəni seçərdiniz? Hansı ölkələrdə daha çox kredit imkanının olduğunu və ev qiymətlərinin daha aşağı olduğunu öyrənmək istərdinizmi?

“İki sahil” dünyada ev almağın  ən asan olduğu ölkələri oxucularına təqdim edir.

ABŞ

Money.co.uk saytının apardığı araşdırmaya görə, ABŞ ev sahibi olmaq üçün dünyanın ən uyğun ölkələrindən biridir. İpoteka faizləri baxımından araşdırılan ölkə statistikasına görə, ABŞ-da orta mənzil qiyməti 168 min dollar, orta aylıq kredit ödənişi isə 821 dollardır. Bu, ABŞ vətəndaşının orta gəlirinin 15% -ə bərabərdir.

Belçika

Belçika dünya sıralamasında ikinci, Avropada isə  birinci yerdədir. Belçikada orta mənzil dəyəri 215000 dollar və orta kredit ödənişi ayda 850 dollar civarındadır.

İspaniya

İspaniyada 200 min dollarlıq ev almaq istəyən şəxs 20 faiz  depozit ödədikdən sonra ayda kreditə 837 dollar ayırmalıdır. İspaniyada orta ev alındıqda, yenə də orta aylıq gəlirin 33% -i kreditin ödənilməsinə sərf olunur.

İtalya

İtaliyada evin orta qiyməti 236000 dollardır. Orta kredit ödənişi   təxminən 945 dollardır. Günümüzdə İtaliyada minimum əmək haqqı 1450 avrodur. İtaliyada  ev qiymətləri və kredit taksitləri daha yüksək olsa da, bununla belə İspaniyadan sonra gəlir. Çünki İtaliyadakı digər yaşayış xərcləri İspaniyadan daha aşağı səviyyədədir.

Rumıniya

Rumıniya ortalama 97 min dollarlıq mənzil qiymətinə görə, 549 dollar orta kreditlə ev almaq üçün əla bir  yerdir. Rumıniyanı digər Avropa ölkələrindən biraz daha geriyə aparan amil aylıq gəlirin ən az 50% -nin bu kredit ödənişlərinə və digər yaşayış xərclərinə yönəlməsidir.

Vüsal Cahanov, “İki sahil”