Portuqaliyanın super ulduzu Kriştiano Ronaldo “Avro-2020”yə də inamla başlayıb. Macarıstana vurduğu 2 qolla Mişel Platini ilə bölüşdüyü “Avropa çempionatı tarixinin bombardiri” rekordunu tək başına ələ keçirən Ronaldo qollarını 11-ə çatdırıb. Bəs, 36 yaşlı futbolçunun hələ də qüsursuz olmağının səbəbi nədir?
Kristiano Ronaldo üçün ortalama bir gün:
6.00 -Yuxudan oyanma və acqarına 2 saat məşq
8.00 - 90 dəqiqə yuxu
9.30 - səhər yeməyi
10.30 – Məşq
12.30 - 90 dəqiqə yuxu
14.00 – 1-ci Nahar yeməyi
15.00 - 90 dəqiqə yuxu
16.30 – 2-ci Nahar yeməyi
19.00 – Axşam yeməyi
20.00 – Sərbəst vaxt
22.00 - Üzgüçülük seansı
23.00 – Yuxu
Ronaldonun təsadüfi bir yemək menyusu:
Səhər yeməyi-1: Pendir, ət və qatıq
Səhər yeməyi- 2: Avokado
Nahar: Toyuq salatı
Günortadan sonra: Təzə meyvələr
Axşam yeməyi-1: Balıq və salat
Axşam yeməyi- 2: Ət və ya kalmar.
Ronaldo rəqəmlərdə
İngilis araşdırmalarına görə, Ronaldo 78 sm tullana bilir.
Hər 2-4 saatdan bir yemək yeyir.
Topa saatda 128 km/surətlə vura bilir.
Hər oyunda ortalama 10 km qaçır.
Xatırladaq ki, mətbuat konfransında Kristiano Ronaldo qarşısındakı “Coca-Cola” şüşəsini götürüb. "Su iç" deyən andan bəri məşhur içki şirkətinin ümumi dəyər itkisi 4 milyard dollar olub.
Vüsal Cahanov, “İki sahil”