Antalyanın Kaş qəsəbəsində iyunun ortasında qar yağması, hətta hava bürosu əməkdaşlarını heyrətə salıb.
"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, yağan qar çobanlar tərəfindən telefona çəkilib. Əhali baş verənlərin şoku altındadır. Sakinlər bir tərəfdən təəccüb, digər tərəfdən sevinci içindədir.