17 iyun 2021 14:43
1193

Veb-dizayner yeni doğulmuş oğluna HTML adını verib - FOTO

Əvvəllər uşaqlara daha çox dini adlar və ya liderlərin adları verilirdi. Bunun uşağa xoşbəxtlik və rifah gətirəcəyi düşünülürdü. Ancaq hazırda bu aktual deyil – burada da trendlər texnologiya istiqamətində əhəmiyyətli dərəcədə dəyişib.

Filippinli veb dizayner Mak Paskual oğluna HTML adını verib və bu adın övladının həyatda layiqli yer tutmasına kömək edəcəyinə əmindir.

Paskal iki səbəbə görə körpəyə HTML işarələmə dilinin adını verməyi seçib. Birincisi, onun fikrincə, belə bir ad oğluna həyatda düzgün istiqamət verəcək və onu veb dizayn sahəsində işləməyə təşviq edəcəkdir. İkincisi, onların ailəsində uşaqlara qeyri-adi ad vermək artıq bir adətdir.

Atanın özünün əslində bütöv adı Mak Paskual Makaron 85-dir. Onun bacılarından birinə isə Spaqetti 88 adı qoyulub. Addan sonrakı rəqəmlər doğum ilini göstərir. Çoxuşaqlı Filippin ailələrində uşağın yaşını xatırlamaq üçün belə bir nömrələmə mövcuddur.

Paskualın bacısı Spaqetti də ailənin bu ənənəsini pozmayaraq, övladlarına qeyri-adi adlar verib. Onun oğlanlarının biri Pendir Parmezan, digəri isə Pendir Pimiento adlanır.

Qeyd edək ki, Filippində coğrafi adlar, qəhrəmanların adları, hətta maşın adlarını uşaqlara çox qoyurlar. Lakin Paskualın ailəsindəki adlar hətta bu ölkə üçün o qədər qəribə sayılıb ki, sosial şəbəkə istifadəçiləri arasında böyük marağa səbəb olub.

Nubar Süleymanova, “İki sahil”