Belçikanın şimal-qərb sahilində çox az adam tərəfindən bilinən və bu gün də tətbiq olunan bir ənənə var. Bu bölgədəki bir qrup insan qədim ənənə sayəsində dolanışıqlarını təmin edir. Burada at üstündə karides ovu geniş yayılıb.
"İki sahil" xəbər verir ki, bunun üçün balıqçılar atda olarkən torlarını arxalarından sürüyürlər və qumdan karides yığmağa çalışırlar. Belçika atları bu ənənə üçün xüsusi təlimlərdən keçir və karides tutmaq üçün xüsusi avadanlıqdan istifadə olunur. Bu ənənə illər keçdikcə inkişaf edib. Balıqçıların daha rahat ov etmələri üçün xüsusi paltar və materiallardan istifadə edilməyə başlanırkən, atlar da böyüdü. Beləliklə, insanlar daha çox karides toplamağa başladılar. Karides ovu pik vaxtlarından 1,5 saat əvvəl və ya sonra həyata keçirilir. Balıqçılar, bu müddət ərzində tutduqları karidesləri nəzərdən keçirir, atlarına dinclik verir və istəmədikləri dəniz canlılarını sərbəst buraxırlar. Məhsuldarlığın ən bol vaxtı aprel-oktyabr aylarıdır. Bununla belə, balıqçılar ilin istənilən vaxtı suyun üzü buzla örtülmədiyi müddətdə bu işi görə bilirlər. Bu ənənənin bilinməməsinin səbəbi, son əsrlərdə demək olar ki, yoxa çıxmasıdır. XV əsrdə, Fransa, Hollandiya və İngiltərənin cənubundakı Şimal dənizi sahillərində hələ də at üstündə karides ovu tətbiq olunurdu.
Günümüzdə bu ənənəni davam etdirən yerin adı Ostdeynkerkedir. Bu çimərlik bu ənənəni davam etdirmək üçün əsas xüsusiyyətlərə malikdir. Çimərlik, ümumiyyətlə boz karides kimi tanınan canlının yaşayış yeridir. Bu ənənə dənizlərə və yerli insanlara göstərdiyi mədəni irsə görə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Təmsilçi Siyahısına daxil edilib.
At üstündə karides ovu hazırda bu ənənəni yaşadan 15 balıqçı tərəfindən həyata keçirilir. Həmin balıqçılar bu ənənələrini davam etdirirlər, lakin bu onlar üçün əsl gəlir mənbəyi deyil. Bu balıqçıların atlara, balıq ovuna və dənizə olan həvəsləri ən böyük motivasiyadır. Turizm baxımından bu ənənə bölgənin ən çox təbliğ edilən fəaliyyət sahələrindən biridir. Bələdiyyə bu ənənəni bir sıra formalarda cəmiyyətə tanıtdırır. Karides balıqçılığı xüsusilə aprel-oktyabr aylarında xalqa açıq olur. Müəyyən tarixlərdə balıq ovundan sonra təzə karides bişirilir və dequstasiya təşkil olunur.
Ötən illərdə bu komandaya qadınlar da qoşulub. Bunun davam etməsinin lazımlı bir ənənə olduğuna inanan insanlar, bu işi övladlarına da öyrədirlər. Hər gün ortalama 7 kiloqram karides yığılır. Balıqçılar hər 30 dəqiqədən bir sahilə gələrək atlarını dincəldir həm də səbətlərini boşaldırlar. Balıqçılar karidesləri əsasən evə aparırlar.Bəzi karideslər bişirilir,bəziləri dondurulur, bəziləri isə bazarda satılır.
Vüsal Cahanov, “İki sahil”