20 iyun 2021 01:27
952

Tələbənin şok görüntüləri ona baha başa gəldi

Rusiyanın Kazan şəhərində tələbə parlaq saçlarına və çox qısa şortlarına görə ali məktəbin sessiyasına buraxılmayıb.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Kazan Dövlət Mədəniyyət İnstitutunun Anna adlı birinci kurs  tələbəsi verib. Onu artıq universitetin binasına buraxmayacaqlarını deyiblər.

İnstitut rektoru tələbədən sadəcə imicini dəyişdirməsini istəyib.

"Dekan qısa dəri şort və jilet geyindiyimi gördü. Mənə geyim qaydalarına uyğun geyinmədiyimi və nəinki mühazirəyə, həm də institutda olmağıma icazə verə biləcəyini söylədi. Məndən geyimimi dəyişib mühazirələrə qayıtmağımıı xahiş etdi", - tələbə bildirib.