20 iyun 2021 09:54
1233

Kredit asılılığı xəstəliyinin olduğunu bilirdinizmi?

Kreditlər müasir həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər qorxu və güvənsizlik yaratsa da, hazırda ipoteka, kredit kartı, kreditə pul götürülməsi çox adiləşib. Banklarda da kreditlərlə bağlı şərtlər çox sadələşdirilib.

Kredit münasibətlərinin yalnız 15-20 il əvvəl formalaşmağa başladığı düşünülür. Əslində isə əvvəllərdə mövcud idi, lakin müasir kreditlərlə çox bənzəmirdilər. Aşağıda kreditlərlə bağlı digər maraqlı faktlarla tanış ola bilərsiniz:

Kreditlər hələ pul yaranmamışdan mövcud olub. O zamanlar insanlar nəyi isə borc alaraq, digər mallarla və ya qızılla ödəyirdilər. Hətta bəzi insanlar qədimdə öz adlarını da girov kimi qoyurdular. Borcu tam bağlayanadək adlarından istifadə edə bilməzdilər. Tanışları ona “sən” deyə və ya digər adlarla müraciət edirdilər ki, bu da çox təhqiramiz sayılırdı.

 Əmək haqqı kreditdir?

Qəribə səslənsə də, bu fikrə klassik iqtisadiyyat elminin nümayəndəsi Karl Maksın “Kapital” əsərində rast gəlinir. O, iddia edirdi ki, əmək haqqı almaq üçün insane müəyyən işi yerinə yetirməlidir, demək ki, iş sahibi insanın əməyini, bilik və bacarıqlarını “borc” kimi alır. 

Nəzəriyyə olduqca maraqlıdır. Burada muzdlu işçi kreditor rolunu oynayır və işəgötürən borc götürür. Bu vəziyyətdə işçinin öz əmək münasibətləri qaydalarını qura biləcəyi mənasında çox gözəl səslənir. Təəssüf ki, nəzəriyyələr heç də həmişə real həyatda tətbiq edilmir.

 Ümumdünya borcu

Əvvəllər pulun real dəyəri var idi. Onu qızılla ölçürdülər. Amerika Birləşmiş Ştatları Federal Rezerv Sisteminin inhisarını təmin edərək bu sistemdə islahatlara başladı. Yalnız bu quruma dollar buraxmaq səlahiyyəti verilir. Üstəlik, Fed pulu “pulsuz”  buraxmır, faizlə borc verir. Dövriyyədə tələb olunandan daha az pul olur və hər kəs ABŞ Mərkəzi Bankına borcludur.

Vəziyyətin absurdluğuna baxmayaraq, belə bir sistem on illərdir ki, ABŞ-da mövcuddur. Rusiya Mərkəzi Bankının da oxşar bir iş sxemi var. Əsas bank kommersiya banklarına faizlə pul köçürür və onlar da öz növbəsində əhaliyə və müəssisələrə borc verirlər.

Puşkinin kreditlə baş tutan toyu

Kreditlərə müraciət edənlər yalnız yoxsul siniflər olmur Aleksandr Sergeyeviç Puşkin zadəganlar sinfinə aid idi, lakin kifayət qədər sərvətə sahib deyildi. Toy şənliyinin təşkili üçün şair, Boldinodakı əmlakının bir hissəsini girov qoydu, bunun əvəzində 38000 rubl borc aldı.

Kredit asılılığı xəstəliyi

 Hazırda narkotik, alkoqol, kompyuter oyunları asılılığı kimi kredit asılılığı xdə vardır. Adətən, bu xəstəliyin q2urbanları 25-35 yaşlı gənc insanlar olurlar. Onlar brend məhsulların alışına, bahalı texnikaya və digər şeylərə görə çoxlu kredit borcu edirlər. Bəzən hətta maaşlarının həcmindən dəfələrlə artıq borcları olur. Bəzən belə insanların psixoterapevtlə görüşü müsbət nəticə verə bilir.

Nubar Süleymanova, “İki sahil”