“Həyatda ən erkən doğulmuş körpə” olaraq qeydə alınan Richard Hutçinsondan yaxşı xəbər gəlib. 5 aylığında 330 qram ağırlığında dünyaya gələn və həkimlərin yaşama şansının olmadığı dediyi Hutçinson 1 yaşına qədəm qoyub. Bu qeyri-adi hadisə ABŞ-da baş verib.
Bu gün Hutçinsonun 1 yaşı tamam olub. Ailəsi “möcüzə körpə” olaraq da bilinən Hutçinsonun ilk ad günündən görüntüləri insanlarla paylaşıb. Körpə anası - Beth Hutçinsonun tibbi fəsadları səbəbiylə keçən il ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində beş aylığında dünyaya gəlib. 131 gün vaxtından əvvəl dünyaya gələn körpə o qədər kiçik olub ki, anası onu ovucunda apara bilib. Bu müddətdə uşaq altı aydan çox xəstəxanada qalıb. Pandemiya səbəbindən ana uşağın yanında qala bilməyib. Ana oğlunun “Ginness Rekordlar Kitabı”na düşməsindən danışarkən “Yaşadıqlarımız həqiqi görünmür. Hələ də çox təəccüblənirik. Ancaq çox xoşbəxtik” deyə bildirib. Uşağın uzun müalicə müddətində əməyi olan həkim Kern “Riçardın xəstəxanadan çıxardıldığı anın çox xüsusi bir gün idi və onu beşiyindən götürəndə göz yaşlarımı saxlaya bilmədim”deyə bildirib.
Vüsal Cahanov, “İki sahil”