22 iyun 2021 15:09
868

10 mərtəbəli bina tikdilər: 28 saatda/FOTO/VİDEO

Çinin “Broad Group” şirkəti, Çanşa şəhərində 28 saat 45 dəqiqəyə 10 mərtəbəli  bina inşa edib. Sözügedən layihənin videosu sosial mediada da yayılıb. Şirkətin “YouTube” kanalında binanın necə tikildiyini  göstərən video qısa müddətdə on minlərlə dəfə izlənilib.

“İki sahil” xəbər verir ki, binanın tikitisində  prefabrik bina sistemlərindən istifadə edilərkən, şirkət əvvəllcədən istehsal olunmuş müstəqil modul vahidləri birləşdirərək binanın  son formasını verib. Videoda  bu modulların qısa müddətdə kranlar  vasitəsilə  birləşdirildiyi görülür.

Qeyd edək ki, həmin  şirkət 2015-ci ildə bu üsuldan istifadə edərək 19 gündə 57 mərtəbəli bina tikib.

Vüsal Cahanov, “İki sahil”